Xəbərlər
Bu tədqiqat molekulların duzlu suyun səthindəki quruluşunu müəyyən etməyə imkan verdi.
Fev 19, 2024 | 10:07 / Maraqlı məlumatlar
Oxunub 1300 dəfə

Yer səthinin təxminən 70%-i okean suyu ilə örtülmüşdür.  Heterogen alrozolların (elektrolitlərlə zəngin olan məhlullar) buxarlanması və əmələ gəlməsi atmosfer kimyasında və iqlim haqqında elmdə mühüm rol oynayır. Elektrolit məhlullarının səthində baş verən fiziki-kimyəvi proseslər nəticədə hava - maye ayrılma sərhədində  bu cür məhlulların molekulyar quruluşu ilə müəyyən edilir.
Beləliklə, ionların paylanması və hava - məhlul  ayrılma səthində molekulların istiqamətləndirilməsi haqqında biliklər ətraf mühit modellərinin inkişafı üçün çox vacibdir.  İngiltərədəki Kembric Universiteti və Almaniyadakı Max Planck adına Polimer Tədqiqat İnstitutunun tədqiqatçıları, elektrik yüklü hissəciklərin və ya ionların əvvəllər düşünüldüyü kimi məhlulun səthində aktiv olmadığını və alt təbəqədə  yerləşdiklərini aşkar etdilər.
Alt təbəqənin ionların  aşkar etməklə yanaşı, yeni bir araşdırma  göstərir ki, bu ionlar  yalnız bir istiqamətə deyil, həm yuxarı, həm də aşağı istiqamətləndirilə  bilər (molekulların həqiqi fiziki düzülüşünə istinad edərək). Yəni, ən üst hissədə bir neçə qat təmiz su, sonra ionlarla zəngin bir təbəqə və nəhayət əsas duz məhlulu olur.Təcrübə maye elektrolitlərin əksər sadə məhlullarının hüdudlarında hansı hadisələrin  baş verdiyini göstərir. Molekulyar yerləşmə, onları əhatə edənlərlə necə qarşılıqlı təsirdə olacağını müəyyənləşdirir.
Tədqiqatçıların apardıqları elmi araşdırmalar , batareyalar da daxil olmaqla bərk  və maye maddələrin birləşdirilməsi lazım olan hər hansı bir texnologiyanın inkişafına kömək edə bilər.
Tədqiqat Nature Chemistry jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər