Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Fev 15, 2024 | 16:30 / Konfranslar, iclaslar
Oxunub 1692 dəfə

15.02.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u  iştirak etmişdir. İclasda İnstitutun sabiq doktorantı  Şərifova Ülviyyə Novruz qızının 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Acınohur titanmaqnetit konsentrantlarının vanadat və titanat fraksiyalarının işlənməsi, litium polititanatları və polivanadatlarının sintezi və termodinamiki tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: ARETN-i akademik M.Nağıyev adına KQüKİ-nin laboratoriya müdiri k.e.d., prof. İmir Əliyev; BDU-nun “Ümumi və qeyri-üzvi kimya” kafedrasının müdiri k.e.d., prof. Yasin Cəfərov və Azərbaycan Texniki Universitetinin dosenti, k.ü.f.d. Əli İbrahimov iş haqqında geniş məlumat verdilər. İddiaçı Ülviyyə Şərifovanın elmi rəhbəri k.e.d., prof. Asif Məmmədovun rəyi iclas iştirakçılarının nəzərinə çatdırıldı. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər