Xəbərlər
Foto
Yasamal rayonu Heydər Əliyev Mərkəzində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.
Fev 02, 2024 | 13:00 / Mühüm hadisələr
Oxunub 2014 dəfə

Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib. 

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun sədri İlham Səfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, fəal gənclər iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Rəsmilərin çıxışından sonra bir qrup gəncə fəxri fərmanlar və diplomlar təqdim edilib.

İnstitutumuzun Ekoloji kataliz laboratoriyasının kiçik elmi işçisi Musazadə Könül Fəxri fərmanla təltif olunub. 

Tədbirə bədii hissə ilə yekun vurulub.

JURNALLAR
Faydalı linklər