Xəbərlər
FotoVideo
İctimai Televiziyada “Media və Zaman” verlişində “Biz Gələcəyi Düşünürük” mövzusu
Mart 27, 2017 | 09:10 / Mühüm hadisələr
Oxunub 7300 dəfə

İctimai Televiziyada “Media və Zaman” verlişində “Biz Gələcəyi Düşünürük” mövzusunda olan verilişdə Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmış ve Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş sənədin zəruriliyindən, konseptuallığından danışıldı.. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğu qeyd edildi.

Akademik Dilqəm Tağıyev bu məsələyə münasibətdə dünən qəbul edilmiş qərarın bizim gələcəyimizi yaratdığını söylədi. Qərarın yerinə yetirilməsi üçün vaxt lazım olduğunu, qərarın düzgün verilməsini və  düzgün işıqlandırılmasının gələcəyin əsas həlledici amillərdən biri olduğunu qeyd etdi. Sonra akademik bu sənədin verilməsi üçün zəmin olduğunu (Elmin inkişafı üzrə Milli Strategiya 2009-2015- ci illər; "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası; 2015 -2020-ci illərdə Azərbaycan Sənayesi ilə bağlı Dövlət Proqramı) bildirdi və bu sənədin dünya iqtisadiyyatının inkişaf xüsusiyyətləri nəzərə alınmaqla peşəkarcasına tərtib olunduğunu və zəruriliyini bildirdi. 

JURNALLAR
Faydalı linklər