Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında fəal gənclər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə mükafatlandırılıb.
Fev 01, 2024 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1998 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının gənc tədqiqatçıların da iştirak etdiyi genişləndirilmiş iclası keçirilmişdir.

İclasın gündəliyinə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə  bağlı mükafatlandırma, Institutun 2024-cü il üçün  elmi-tedqiqat işlərinin planının miizakirəsi, 18 yanvar 2024-cü ildə keçirilmiş  doktorant ve dissertantların attestasiyasının nəticələrinnin müzakirəsi və cari məsələlər daxil edilmişdir.

İclası  giriş sözü ilə İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq, 2 fevral Gənclər Günü münasibətilə gəncləri  təbrik edib. Akademik qeyd edib ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti ölkə gəncliyinin inkişafında mühüm rol oynamışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər il bu gün böyük təntənə ilə qeyd edilir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiya  Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, gənc nəslin problemlərinin həlli və s. kimi məsələləri əhatə edir.

Akademik  qeyd edib ki, bu gün Azərbaycan gəncləri suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müstəqillik dövründə yaşayırlar və hər bir vətənpərvər azərbaycanlı fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Hazırda, gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Paralel olaraq gənc alimlərimiz müxtəlif elm sahələrində əzmlə çalışır və elmi potensialımızı gücləndirirlər. Sevindirici haldır ki, bu gün gənclərimiz xarici ölkələrdə respublikamızı layiqli təmsil edirlər.

Akademik bildirib ki, hazırda İnstitutda 85 gənc çalışır ki, bu ümumi işçilərin sayı ilə müqayisədə o qədərdə böyük rəqəm deyil və gənclər elmə cəlb olunmalıdır. Qeyd olundu ki, institutda  gənclərin elmi fəaliyyətlərinin inkişafı üçün hər çür şərait vardır və  gənclər bundan yararlanmalı, təhsillərini fasiləsiz magistratura və doktorantura pillələrində davam etdirməli, gənc yaşlarında fəlsəfə doktorluğu və elmlər doktorluğunu müdafiə etməlidirlər. Eyni zamanda gənclərimiz xarici ölkələrin elm mərkəzləri ilə əlaqədə olmaq, dünya elminə  inteqrasiya etmək, müxtəlif təqaüd proqramlarında  iştirak etmək  üçün  xarici dilə mükəmməl yiyələnməlidirlər. Mən bir daha gənclərimizi ürəkdən təbrik edirəm. Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Hər birinizə uğurlar arzulayıram!

Sonra  tədbirdə 2023-ci ildə elmdə qazandıqları uğurlara görə İnstitutun 4 gəncinə təşəkkürnamə təqdim olundu.  

Daha sonra AMEA-nın müxbir üzvü, attestasiya komissiyasının  sədri  Məhəmməd  Babanlı bildirdi ki, elmlər doktorluğu və fəlsəfə doktorluğu üzə 47 nəfər doktorant və dissertantın atestasiyasiyası keçirilib. Ümumilikdə doktorant və dissertantların il ərzindəki elmi fəaliyyətləri qənaətbəxş hesab edilmiş  və   komissiya üzvləri tərəfindən onlara elmi işləri ilə bağlı təklif və tövsiyələr vermilmişdir. Çıxış ətrafında müzakirələrdən sonra doktorant və dissertantların atestasiyasının nəticələri təsdiq edilib.

Növbəti məsələdən danışan akademik Dilqəm Tağıyev bildirdi ki, İnstitutun 2024-cü il üçün elmi – tədqiqat işlərinin planlarında fundamental tədqiqatlarla yanaşı, təqbiqi xarakterli elmi-tədqiqat işləri də, öz əksini tapmışdır. Elmi- tədqiqat işlərinin səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə  üstünlük verilməlidir. Alim qeyd etdi ki, prioritet istiqamətlər üzrə  innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi- tədqiqat işləri genişləndirilməlidir.

Qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparıldı və Institutun 2024-cü il üçün  elmi-tədqiqat işlərinin planı Elimi Şurada təsdiq  olundu.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qəbul edildi.

JURNALLAR
Faydalı linklər