Xəbərlər
Mikroplastiklər insan sağlamlığına, təbiətə və iqtisadiyyata necə zərər verir?
Fev 01, 2024 | 10:28 / Maraqlı məlumatlar
Oxunub 1474 dəfə

Müasir plastiklər danılmaz faydalarına baxmayaraq, insan sağlamlığına, ətraf mühitə və iqtisadiyyata ciddi təsir göstərir.

 “Annals of Global Health” jurnalının məlumatına görə, bu istiqamətdə işləyən Mindero-Monako Komissiyası plastiklərin insan sağlamlığına, ətraf mühitə və iqtisadiyyata təsiri ilə bağlı geniş araşdırmanın nəticələrini təqdim edib.

İşçilərin sağlamlığı

Plastik hazırlamaq üçün karbon xammalı hasil edən mədənçilər və neftçilər pnevmokonioz və digər xəstəliklərdən ölüm halları ilə üzləşirlər. Plastik istehsalı və emalı sahəsində çalışanlar neyrotoksiklik və digər xəstəliklərin riski altındadırlar.

Uşaq sağlamlığına təsiri

Plastiklər uşaqların sağlamlığına da təsir göstərərək, az çəki və doğuş qüsurları riskini artırır. Plastikin istehsal edildiyi və atıldığı ərazilərdə yaşayanlar vaxtından əvvəl doğuş, astma, ağciyər xərçəngi və digər xəstəliklərlə sıx qarşılaşırlar.

Körpələr və azyaşlı uşaqlar plastikə məruz qalmağa xüsusilə həssasdırlar və bu, uşaqlıq xərçəngi riski, anadangəlmə qüsurlar və inkişaf problemləri də daxil olmaqla bir sıra mənfi nəticələrə səbəb ola bilər.

Kimyəvi maddələr və çirklənmə

ABŞ-da aparılan biomonitorinq tədqiqatları əhalidə endokrin sistemin pozulması, vaxtından əvvəl doğuş, piylənmə və digər sağlamlıq problemləri ilə müşayiət olunan plastik kimyəvi maddələrin olduğunu müəyyən edib.

Tövsiyələr

Komissiya insan sağlamlığını və ətraf mühiti qorumaq üçün elmi əsaslı tədbirləri özündə əks etdirən Qlobal Plastik Sazişin yaradılmasını təklif edib. Tövsiyələrə xammal çıxarılması proseslərinin əsaslı təmiri, sənaye təhlükəsizliyi standartlarının sərtləşdirilməsi və alternativ materiallara keçidin təşviq edilməsi daxildir.

JURNALLAR
Faydalı linklər