Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Yan 26, 2024 | 10:50 / Konfranslar, iclaslar
Oxunub 1776 dəfə

25.01.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 17-i  iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin dissertantı Qəhrəmanova Günel Hacı qızının 2303.01-“Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tm-As-S(Se) sisteminin şüşə və kristal halda tədqiqi və yeni funksional xassəli maddələrin müəyyən edilməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmiş, sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: k.e.d., prof. İxtiyar Bəxtiyarlı; ARETN-nin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.e.d., prof. Tofiq Əliyev və Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi, k.e.d., prof. Xudayar Həsənov iş haqqında geniş məlumat vermişlər. Sonra elmi rəhbəri k.e.d., prof. Teymur İlyaslı  iddiaçı haqqında çıxış etmiş və şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edilmişdir.

JURNALLAR
Faydalı linklər