Xəbərlər
Yeni material Kevlardan 10 dəfə güclüdür.
Yan 23, 2024 | 10:30 / Maraqlı məlumatlar
Oxunub 377 dəfə

Nanotexnologiyada irəliləyişlər qoruyucu örtüklərdən yarımkeçirici materiallara qədər bir çox sahədə inqilaba səbəb oldu. Yüksək davamlılığına görə ən çox öyrənilənlər arasında, qrafen və almaza əsaslanan örtüklərdə var. Lakin bu materialları külli miqdarda istehsal etmək çətindir, çünki təbiətdə nadir hallarda rast gəlinir və sintezi çox baha başa gəlir. Bu problemləri aradan qaldırmaq üçün amorf silisium karbid (a-SiC) əsasında yüksək mexaniki möhkəmlik və universallığı  ilə xarakterizə olunan materiallara diqqət daha çox artır. Əslində, onların almaz kimi kristal materiallardan daha əhəmiyyətli üstünlükləri vardır. Onlar nizamlı  atom quruluşuna malikdirlər.

Amorf materiallar, əksinə, nizamsız bir quruluşa malikdir, atomları nizamsız düzülür. Bu nizamsızlıq heç bir şəkildə onların davamlılığına təsir etmir. Hollandiyanın Delft Texnologiya Universitetindən Riçard A. Norte izah edir: “Əslində, amorf silisium karbid bu nizamsızlıgın nəticəsi olaraq davamlılıq  nümayiş etdirir”.

Advanced Materials jurnalında dərc edilən yeni bir araşdırmada Norte və həmkarları (a-SiC-nin) iş qabiliyyətini  çox yüksək gərginlik qüvvələrinə məruz qoyaraq sınaqdan keçirdilər, adətən  bu ultra güclü kristal və qrafen kimi iki ölçülü materiallar üçün istifadə edilən sınaq rejimi idi. Bu tədqiqatın nəticələri aerokosmik texnika,  aşkarlama texnologiyaları (məsələn, DNT ardıcılılığının təyini), yüksək istehsallı günəş batareyalarında, ultrahəssas mikroçip sensorları və kvant hesablamalarında geniş tətbiqlərə yol aça bilər.

https://new-science.ru/novyj-material-v-10-raz-prochnee-kevlara/

 

JURNALLAR
Faydalı linklər