Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb.
Yan 19, 2024 | 16:00 / Mühüm hadisələr
Oxunub 2862 dəfə

Yanvarın 19-da AR Elm və Təhsil Nazirliyinin  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İclasda İnstitutda fəaliyyət göstərən ictimai təşkilatların -  Həmkarlar təşkilatı, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak və çıxış etmişdir.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş nitqiylə açan İnstitutun  Həmkarlar Təşkilatının  sədri k.e.d. Arif Əfəndi 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqının iradəsini heç vaxt qırmaq olmaz. Biz 4-cü ildir ki, ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları  kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 yanvar şəhidlərinin ruhu indi şaddır.  8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub. Artıq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Azərbaycanın müzəffər Ordusu  Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharıbədə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra  İnstitutumuzun  əməkdaşı N.Həsənquluyeva , Qadınlar Şurasının sədri E. Quluzadə 20 Yanvar faciəsi  barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. 20 Yanvarda, 44 günlük Vətən müharibəsində və sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"nda  böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman  şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə  dərin ehtiramla yad ediləcək.

 

JURNALLAR
Faydalı linklər