Xəbərlər
Foto
Doktorant və dissertantların attestasiyası keçirildi.
Yan 18, 2024 | 14:26 / Təhsil
Oxunub 2729 dəfə

İnstitutun  direktoru  akademik  Dilqəm Tağıyevin 07 yanvar  2024-cü il tarixli 6 №-li əmri ilə yaradılmış Attestasiya komissiyasının iştirakı ilə  18 yanvar 2024-cü il tarixində İnstitutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyası keçirildi.Cəmi 46  nəfər ( Elmlər  doktoru  hazırlığı  üzrə - 23,  Fəlsəfə  doktoru  hazırlığı  üzrə - 23) attestasiya olunmuşdur.

İnstitutun doktorant və dissertantlarının fərdi iş planlarını yoxlayıb, onların çıxışlarını, verilən suallara cavablarını dinləyib, dərc olunmuş elmi əsərləri haqqında məlumat alıb, elmi  rəhbər və  məsləhətçilərin  fikrini  öyrəndikdən  sonra  Attestasiya komissiyası   aparılan elmi-tədqiqat işlərini qənaətbəxş  hesab edib.

JURNALLAR
Faydalı linklər