Xəbərlər
Hidrat əsaslı duzsuzlaşdırma texnologiyasında sıçrayış.
Yan 17, 2024 | 10:38 / Maraqlı məlumatlar
Oxunub 362 dəfə

UNIST-in nəznində Karbon Neytrallığı üzrə Ali məktəbin professoru Yongvon Seonun rəhbərlik etdiyi tədqiqat qrupu hidrat əsaslı texnologiyadan (HBD) istifadə edərək dəniz suyunun duzdan təmizlənməsi üçün yüksək effektiv metod təqdim edib.

Onlar eksperimental olaraq siklopentan hidratın termodinamik xassələrini  ölçmüş və bu ölçmələr əsasında duzsuzlaşdırmanın hidrat metodunun effektivliyini qiymətləndirmişlər. Alimlər həmçinin duzsuzlaşdırma səmərəliliyini maksimuma çatdıran temperaturu proqnozlaşdırmaq üçün yeni hesablama metodu təklif ediblər.

“Müəyyən edilmiş şəraitə əməl etdikdə duzlu suya rəngsiz uçucu maye olan siklopentan əlavə edildikdən sonra təmiz sudan ibarət siklopentan hidrat əmələ gəlir”, - deyə alimlər izah ediblər.

Tədqiqat qrupu öz təcrübələrinə əsaslanaraq, hidratın duzsuzlaşdırılması prosesi zamanı maksimum su çıxışı və prosesin səmərəliliyini hesablayıb.

Təklif olunan yanaşma tək  hidrat əsaslı duzsuzlaşdırma üçün deyil, həm də sublimasiya tipli duzsuzlaşdırma texnologiyası üçün perspektivlidir.

Tədqiqat Water Research elmi jurnalında dərc olunub.

https://scientificrussia.ru/articles/proryv-v-tehnologii-opresnenia-vody-na-osnove-gidratov

JURNALLAR
Faydalı linklər