Xəbərlər
Günəş fırtınaları zamanı Qatar siqnallarının işləməməsi onların hərəkət təhlükəsizliyinə təsir edə bilər .
Yan 16, 2024 | 10:51 / Maraqlı məlumatlar
Oxunub 2925 dəfə

İngiltərənin Lancaster Universitetinin alimləri kosmik hava hadisələrinin  qatarların pik vaxtında onların hərəkət təhlükəsizliyinə təsir edə biləcəyini və nəticədə qəzadan qaçılmaz olduğunu elan etdilər.

Dəmir yolları və digər infrastruktur üçün risk, Günəş 11illik fəaliyyəti  dövründə ən yüksək  həddə çatdıqda böyük ola bilər. Günəş cərəyanları əyilə və qırıla bilər, bu zaman əmələgələn hissəciklər Yerin maqnit xətləri boyunca hərəkət edir. Bu cür fəaliyyət  güclü olduqda , qütb parıltısına radio və elektrik avadanlıqlarında isə nazaslığa səbəb ola bilər. Tədqiqatda Birləşmiş Krallıqda iki dəmir yolu marşrutunu modelləşdirmək üçün kompüterdən istifadə edilib: Qərb Sahilinin əsas Xəttinin Preston-Lankaster hissəsi və Qlazqo-Edinburq xətti.

Tədqiqatçıların diqqəti Böyük Britaniyada olsa da, onlar qeyd ediblər ki, günəş fırtınaları keçmişdə dünyanın digər ölkələrinə də güclü təsir göstərib. Buna misal olaraq 1989-cu ildə Kanadanın Kvebek əyalətində və 2003-cü ildə İsveçin Malmö şəhərində elektrik enerjisinin tamamilə kəsilməsini göstərmək olar, hər iki halda milyonlarla insan zərər görmüşdür. 1859-cu ildə isə baş verən məşhur "Karrinqton hadisəsi" bütün dünyada teleqraf xətlərini və dəmiryol siqnallarını pozmuşdur.

Başqa sözlə, tədqiqatçılar deyirlər ki, zəif günəş fırtınası hər onillikdən bir bu cür "yanlış" vəziyyətlərə səbəb ola bilər.

Bu məlumatlara əsaslanan araşdırma Space Weather jurnalında dərc olunub.

https://new-science.ru/solnechnye-buri-mogut-povliyat-na-bezopasnost-dvizheniya-poezdov-iz-za-sboev-v-rabote-zheleznodorozhnyh-signalov/

JURNALLAR
Faydalı linklər