Xəbərlər
Alimlər tullantı sularını fosfatlardan təmizləyən bakteriyaların böyüməsi üçün ən yaxşı substratları müəyyən ediblər
Yan 12, 2024 | 12:56 / Maraqlı məlumatlar
Oxunub 372 dəfə

Rusiya Elmlər Akademiyasının Biotexnologiya üzrə Federal Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, fosfatlardan tullantı sularını təmizləmək üçün istifadə edilən “Accumulibacter” bakteriyaları bir çox üzvi substratlarda, o cümlədən üzvi turşular və amin turşuları üzərində inkişaf edə bilirlər. Bu zaman uçucu bir üzvi turşunun duzu olan asetatın asan "mənimsənilən" olduğu məlum oldu. Bu substratların bakteriyalar vasitəsi ilə  istifadəsi ətraf mühitdən fosfatların "acgözlüklə udulması" ilə müşayiət olunur. Əldə edilən məlumatlar tullantı sularının fosfor tərkibli çirkləndiricilərdən təmizlənməsində iştirak edən bakteriyaların böyüməsi üçün optimal şəraiti seçməyə kömək edəcəkdir.

Accumulibacter, Tetrasphaera və Dechloromonas cinsindən olan bakteriyalar tez-tez tullantı sularını yuyucu vasitələrdən və kənd təsərrüfatı gübrələrinin bir hissəsi kimi oraya daxil olan fosfatlardan təmizləmək üçün istifadə olunur. Bu mikroorqanizmlər ətraf mühitdən böyük miqdarda fosfor birləşmələrini udmaq və onları hüceyrələrin daxilində toplamaq qabiliyyətinə malikdirlər. Fosforun udulmasının səmərəliliyi bu zaman bakteriyalara qida maddələrini, (məs., amin turşuları və ya uçucu yağ turşularının duzları (butirat, asetat və propionat) kimi üzvi birləşmələr) kifayət  qədər olmasından asılıdır. Lakin tullantı sularından fosfatları çıxaran və buna görə də bakterial təmizləmə məqsədilə ən yaxşı şərait yaradan mikroorqanizmlər üçün hansı üzvi maddələrin uyğun olduğu hələ də məlum deyil.

Rusiya Elmlər Akademiyasının Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin alimləri bu bakteriyaların böyüməsi və fosfor toplamaq qabiliyyətinin artırılması üçün hansı substratların daha uyğun olduğunu anlamaq üçün Accumulibacter mikroorqanizmlərinin daxil olduğu mikrob yığılan mühiti  tədqiq ediblər.  Müəlliflər bəsləyici mühitinin tərkibini dəyişdirərək , bakteriyalar üçün karbon və enerji mənbəyi kimi xidmət edən üzvi birləşmələri müxtəlif cür dəyişərək : uçucu yağ turşularının duzları (asetat, propionat, butirat və formiat), amin turşuları (qlutamin, asparagin turşusu, alanin, serin, treonin, lizin və qlisin), qlükoza, etanol, suksinat, piruvat, qliserin və triptondan ibarət olub, bakteriyaların topladığı fosforun miqdarını ölçmüşdürlər. Eyni zamanda bakteriyaların tənəffüs sürətini də ölçürdülər. Tənəffüs sürəti hüceyrələrdə biokimyəvi çevrilmələrin nə qədər intensiv şəkildə baş verdiyini göstərir. Belə ki, bakteriyalar qida mühitindən çoxlu oksigeni udursa, deməli, onların tərkibində olan enerji mənbəyi  aktiv şəkildə istehlak edilir. Əks halda, istifadə olunan substrat mikroorqanizmlərin yaşaması üçün uyğun deyil.

Təcrübələr göstərdi ki, Accumulibacter bakteriyaları tədqiq edilmiş 17 üzvi maddələrdən səkkizindən tez bir zamanda enerji mənbəyi kimi istifadə edə bilir, lakin onların arasında bu mikroorqanizm üçün daha çox və ya  az üstünlük verilənlər var. Beləliklə, kultura uçucu yağ turşularının duzlarının iştirakı ilə oksigeni ən aktiv şəkildə mənimsəmiş və fosforu toplamışdır eyni zamanda oksigenin udulması digər substratlara nisbətən asetatda daha yüksək olmuşdur.

Sınaqdan keçirilən  bir çox substratlar Accumulibacter tərəfindən ənənəvi olaraq istifadə edilən asetatdan nisbətən az istifadə olunsa da, onların əlavə edilməsi eyni zamanda  fosfatın əhəmiyyətli dərəcədə udulmasına səbəb olub. Müəyyən edilən yeni substratlar, tullantı sularının fosfordan bioloji təmizlənməsi məqsədilə gələcəkdə istifadə üçün məqbul hesab edilə bilər . Araşdırmanın nəticələri Water jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/uchenye-opredelili-luchshie-substraty-dlya-vyrashivaniya-bakterii-ochishayushikh-stochnye-vody-ot-fosfatov-12-12-2023.htm

JURNALLAR
Faydalı linklər