Xəbərlər
Foto
11.01.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Yan 11, 2024 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 2222 dəfə

11.01.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u  iştirak etmişdir. İclasda ARETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Abdullayeva Aytən Saleh qızının 2303.01-“Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Lantonoidlərin qalliumla qarışıq kationlu optiki həssas sulfid şüşələrinin məqsədli sintezi və xassələri” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: k.e.d., prof. İmir Əliyev; BDU -nun professoru, k.e.d.Teymur İlyaslı; ADNSU Azərbaycan-Fransa Universitetinin dosenti, k.e.d. Dünya Babanlı (Babanlının rəyini elmi katib Şuranın üzvlərinə təqdim etdi) iş haqqında geniş məlumat verdilər. İddiaçı Aytən Abdullayevanın elmi rəhbəri k.e.d., prof. İxtiyar Bəxtiyarlı  iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər