Xəbərlər
Yeni katalizator zərərli yan məhsullar əmələ gəlmədən bir neçə dəqiqə ərzində balıq torlarını parçalayır.
Dek 26, 2023 | 10:21 / Maraqlı məlumatlar
Oxunub 2371 dəfə

Kimyaçılar, zərərli yan məhsullar alınmadan  bir neçə dəqiqə ərzində (kapron) — balıq torlarında istifadə olunan plastik polimeri neylon-6 - nı seçici şəkildə parçalayan yeni bir katalizator hazırladılar. Bunun ən yaxşı tərəfi odur ki, proses zəhərli həlledicilər, bahalı materiallar və ya ekstremal fiziki-kimyəvi şərait tələb etmir, bu da onu geniş miqyaslı tətbiq üçün ideal edir.
Ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərməsinə baxmayaraq, plastikin istehsalı sürətlə artmaqda davam edir. Plastikin dünyada hal-hazırda İstehsal 450 milyon ton miqdarında qiymətləndirilir və 2045-ci ilə qədər bu rəqəm iki dəfə artacaqdır. Ən çox istifadə edilənlər arasında ildə 8.9 milyon tondan çox istehsal olunan neylonlar (və ya poliamidlər) vardır. Bu plastik kateqoriyası yüksək möhkəmliyi və uzun müddət   bioloji parçalanmaya  məruz qalması xarakterizə olunur. Ətraf mühitə düşdükdə, dənizdəki canlıları məhv edərək min illər boyu bu mühitdə qala bilirlər. Neylonlar- dəniz heyvanlarının mədələrində ən çox rast gələn polimerlərdir.
Əksər balıq torlarının tərkib hissəsi olan neylon-6, okeanların ümumi plastik çirklənməsinin 10% - ni və Sakit okean sahillərində  isə çirklənmə təxminən 46% - i təşkil edir. Çirklənmənin belə geniş miqyasda olması balıq torlarının bir neçə illik istifadədən sonra keyfiyyətlərini itirməsi ilə izah olunur. Onlar çox islandıqda, onları sarımaq çox çətin olur . Torlar inanılmaz dərəcədə ucuz olduğu üçün  bir çox balıqçı onları tullayır və torları tez-tez çimərliklərdə və ya okean dibində tapırlar. Hər il okeanlarda dəniz heyvanlarının mədələrində olan 600.000 ton balıq torunun atılan torlar olduğu təxmin edilir. Onlar həmçinin dəniz heyvanları üçün tələyə çevrilə və mərcan riflərinə zərər vura bilirlər.
Şimal — Qərb Universitetindən yeni araşdırmanın aparıcı müəllifi Tobin Marks, deyir :

“Bütün dünya plastik problem haqqında  bilir. Bununla belə, plastik cəmiyyətimizin bir hissəsidir və biz ondan çox istifadə edirik " . Buna görə Marks və  onun qrupu, əsas üstünlüyü "təmiz" və deqradasiyaya davamlı olan yeni bir katalizatorun köməyi ilə  onları parçalamağı və təkrar emal etməyi təklif edir.

Depolimerləşmənin  məhsuldarlığı 99-dan çoxdur.
Neylon-6 tullantılarının məhv edilməsinin  müasir üsulları əsasən onların poliqonlarda basdırılmasını nəzərdə tutur. Buna neylon-6-nın yanma yolu ilə parçalanması, zamanı  insan sağlamlığına (erkən ölüm və tənəffüs problemləri) müxtəlif mənfi təsirlər göstərən zəhərli çirkləndiricilərin (azot oksidləri kimi) əmələ gəlməsidir. Onu parçalamaq üçün müxtəlif kimyəvi katalizatorlardan istifadə etməyə çalışsalar da, bu proseslər çox vaxt həddindən artıq sərt şərtlər (350C-ə qədər yüksək temperatur, yüksək təzyiqli buxarlanma və s.) və zəhərli həlledicilər tələb edir. Bu, işə böyük enerji xərcləri tələb edir və ətraf mühitin daha da çirklənməsinə səbəb olur.
Chem jurnalında dərc olunan yeni bir araşdırmada təqdim olunan katalizator bu çətinliklərin öhdəsindən gələ bilər. O, ucuz və yer üzündə yayılmış itrium və lantanid ionlarından ibarət bir metalosendir.  Cəmi 0,04% molyar konsentrasiyada  katalizator həlledicilərdən istifadə etmədən 220C-də neylon-6-nın depolimerləşməsinə imkan verir. Bunlar bu plastikin deqradasiyası üçün bu günə qədər ən yüngül  fiziki-kimyəvi şərtlər olmaqla və zəhərli yan məhsullar meydana gəlmədən 99% - dən çox çıxım  əldə etməyə imkan verir. Prosesdən əldə edilən kaprolaktam,   uzun ömürlüyünə  görə böyük tələbatı olan daha keyfiyyətli neylon-6-ya yenidən polimerləşdirilə bilər. "Yenidən işlənmiş neylon əslində adi neylondan daha dəyərlidir" deyə Marks izah edir və  "Bir çox yüksək səviyyəli moda markaları geyimlərində təkrar neylondan istifadə edirlər" deyir. Katalizator həm də yüksək seçiciliyə malikdir, ətrafdakı materiallara zərər vermədən yalnız neylon-6 polimerlərini parçalayır. Bu o deməkdir ki, sənaye müəssisələri ondan böyük həcmdə çeşidlənməmiş tullantıları emal etmək üçün istifadə edə bilər və onların atılmasına xeyli qənaət edər. Bir çox ölkələrdə tullantıların çeşidlənməsi sistemləri mövcud olsa da, "neylonu kənar etmək  üçün bütün tullantıları çeşidləmək məqsədilə əlavə  insanları işə götürməlidirlər.Bu isə  çox bahalı və qeyri-effektlidir" deyə Marks izah edir. "Ancaq katalizator yalnız neylonu parçalayırsa və başqa seyə dəymirsə, bu inanılmaz dərəcədə effektivlidi" deyə əlavə edir. Marksın və komandasının bu işə yanaşması, mövcud təkrar emal texnologiyalarındakı boşluqları dolduran və parçalanması xüsusilə çətin olan plastikə yönəlmiş yenilikçi bir alternativdir.

https://new-science.ru/novyj-katalizator-rasshheplyaet-rybolovnye-seti-vsego-za-neskolko-minut-bez-vrednyh-pobochnyh-produktov/

JURNALLAR
Faydalı linklər