Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Qüdrət Əliyeva Türkiyə Respublikasının Ankara şəhərində elmi ezamiyyətdə olmuşdur.
Dek 22, 2023 | 15:00 / Mühüm hadisələr
Oxunub 4539 dəfə

Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunun   aparıcı elmi işçisi Qüdrət Əliyeva  Türkiyə Respublikasının  Ankara şəhərində elmi ezamiyyətdə olmuşdur. Qüdrət Əliyeva  Orta Doğu Texnik  Universitetində (ODTU)   ezamiyyət müddətində laboratoriyada yeni sintez olunmuş kompleks   birləşmələrin quruluşu faza tərkibi, lüminessensiya və optiki xassələri müxtəlif metodlarla tədqiq edilmişdir.Alınmış mis-salisil-piridin [Cu(DNSA)py] kompleksinin quruluşu öyrənilmiş və tərkibi C12H7CuN3O7 olan kompleksin monoklinik sinqoniyada kristallaşdığı müəyyən olunmusdur. Alınmış digər nəticələr ODTU-nin Nano Optika  laboratoriyasının professorları Dr.Alpan Bek, Dr.Pinar Pasabeyoğlu və Dr.Onur Şahin ilə birlikdə  müzakirə  edilmişdir. Nəticədə gələcəkdə də  bu elmi işlərin davam etdirilməsi və birgə elmi təcrübələrin aparılması planlaşdırılmışdır.

JURNALLAR
Faydalı linklər