Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Dek 22, 2023 | 13:28 / Konfranslar, iclaslar
Oxunub 4357 dəfə

21.12.2023-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u (əyani formada) iştirak etmişdir. İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyası”nın doktorantı Alışanlı Gülnar İlqar qızının 2303.01 – "Qeyri üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yaşıl kimyanın prinsipləri əsasında alunitin kompleks emalı” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: Kataliz və Qeyri üzvi Kimya İnstitutunun professoru, k.e.d. Özbək Əliyev; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, k.e.d. Hüseyn Qurbanov; Bakı Dövlət Universitetinin dosenti k.ü.f.d. Səba Məmmədova iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Gülnar İlqar qızı Alışanlının elmi rəhbəri Arif Heydərov iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri AMEA-nın həqiqi üzvü, k.e.d., professor Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər