Xəbərlər
Foto
18 dekabr 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2316.01-“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti yığıncağı keçirilmişdir
Dek 18, 2023 | 15:00 / Təhsil
Oxunub 2900 dəfə

18 dekabr 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2316.01-“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti yığıncağı keçirilmişdir. Prof. Arif.C.Əfəndinin sədrliyi ilə keçirilən iclasda İnstitunun 15 saylı “Seolit  katalizi” laboratoriyasının fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı  Abbasov Mahir Yaşar oğlunun  “Tsiklopentan və metiltsiklopentanın oksidləşdirici çevrilmə reaksiyaları üçün effektiv katalizatorların işlənməsi” mövzusunda 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra sabiq doktoranta elmi seminarın üzvləri və digər iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sabiq doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər