Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Sevda Fətullayeva İtaliyada elmi ezamiyyətdə olmuşdur.
Dek 18, 2023 | 15:46 / Konfranslar, iclaslar
Oxunub 3333 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva bir ay müddətində Neapol şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunda (CNR-IPCB) elmi ezamiyyətdə olmuşdur.

Sevda Fətullayeva Azərbaycan Elm Fondu tərəfindən cari ildə elan edilmiş fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan Azərbaycandan olan alimlərə və mütəxəssislərə xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmə proqramlarında iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 11-ci “Mobillik qrantı” müsabiqəsində “Ağır metal ionlarının sorbsiyası üçün sintez olunmuş xitozan və poli-N-vinilpirrolidon əsaslı polimer enterosorbentlərin fiziki-kimyəvi metodlarla tədqiqi” adlı (AEF-Mob-11-2023-6(48)-08/07/4-M-07) qrant layihəsi ilə iştirak etmiş və qaliblərdən biri olmuşdur. 

Bu dörd həftəlik elmi missiya iki institut arasında əməkdaşlığın daha da gücləndirilməsi və gələcək birgə tədqiqat proqramlarında iştirakı üçün vacib olan yüksək impakt faktorlu jurnalda dərc edilməsi nəzərdə tutulan əlyazmanın hazırlanması son dərəcə vacib idi. O, sintez olunmuş xitozan və poli-N-vinilpirrolidon əsaslı polimer nümunələri müxtəlif fiziki-kimyəvi üsullarla, o cümlədən, NMR, TEM, FTIR, termiki analiz metodları ilə xarakterizə etmək imkanına malik olmuşdur.

JURNALLAR
Faydalı linklər