Xəbərlər
Alimlər intellektin bərpası üçün beyin implantı yaradıblar.
Dek 18, 2023 | 10:26 / Maraqlı məlumatlar
Oxunub 361 dəfə

Alimlər beyin travmalarından sonra insanların koqnitiv qabiliyyətlərini yaxşılaşdırmağın yolunu tapıblar. Bu insanların beyninə müəyyən hissələri stimullaşdıran implantın  yerləşdirilməsidir.

Orta və ağır dərəcəli beyin xəsarətləri uzunmüddətli pis nəticələrə səbəb olur,belə ki, insanlar yaddaş, konsentrasiya və qərar qəbul etmə ilə bağlı problemlər yaşayırlar. Çoxları normal həyat sürmək üçün kifayət qədər sağalır, lakin qüsurlar çox vaxt məktəbə və ya işə qayıtmağı  yaxud da sosial əlaqələri bərpa etməyi çətinləşdirir.

Stenford Tibb tədqiqatçıları və ABŞ-ın digər elmi müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış yeni metod belə xəstələrə kömək edəcəkdir. Təcrübədə yaşı 22-dən 60-a qədər olan beş nəfər iştirak edib. Onların xəsarətləri üç ildən 18 ilə qədər olan əvvəlki müddətdə  baş verib.

Könüllülərə şüurun bir çox aspektlərini tənzimləyən beynin sahəsi olan talamusun mərkəzi lateral nüvəsinə elektrik stimullaşdırılmasını təmin edən implant yerləşdirilib. 90 gün ərzində iştirakçılar gündə 12 saat stimulyasiyaya məruz qalıblar.

Müalicəni başa vurduqdan sonra, onlar müdaxilədən əvvələ nisbətən koqnitiv testlərdə orta hesabla 32% daha yaxşı nəticə göstəriblər. Eyni zamanda,  alimlər adamları isə yaxşılaşmanın təxminən 10% olacağını gözləyirdilər.

İştirakçılar həmçinin gündəlik həyatlarının keyfiyyətinin yaxşılaşdığını bildiriblər. Onlar əvvəllər edə bilmədikləri işlərə : kitab oxumağa və televizora baxmağa qayıda biliblər və özlərini daha yaxşı hiss etdiklərini söyləyiblər.

Nature Medicine xəbər verir ki, gələcəkdə alimlər tədqiqatı genişləndirmək, metodunun effektivliyini təsdiqləmək və onun xəsarətlərdən sonra xroniki koqnitiv defisiti olan xəstələrə nə qədər geniş tətbiq oluna biləcəyini yoxlamaq niyyətindədirlər.

https://mir24.tv/news/16573648/mozgovoi-implant-dlya-vosstanovleniya-intellekta-sozdali-uchenye

JURNALLAR
Faydalı linklər