Xəbərlər
Alimlər hidrogenin üzvi daşıyıcılardan çıxarılması üçün katalizatorların yüksək seçiciliyinə nail olublar.
Dek 15, 2023 | 09:57 / Maraqlı məlumatlar
Oxunub 405 dəfə

“Hidrogen aşağı karbonlu iqtisadiyyatın əsası kimi” alimlər  üzvi  maye daşıyıcılardan hidrogenin çıxarılması prosesi üçün nikel və qalaydan katalizatorlar sintez etdilər. Bu prosesin seçiciliyi 99,9% təşkil etmişdir - bu, təkrar istifadə üçün üzvi daşıyıcının xassələrini qoruyaraq demək olar ki, saxlanılan hidrogenin  mütləq çıxımı deməkdir.

Daşıyıcı kimi karbohidrogen birləşmələri istifadə olunur, ən çox yayılmışları metiltsikloheksan və toluoldur. Bu maye birləşmələrin  tərkibində  hidrogen təhlükəsiz şəkildə saxlanıla və uzaq məsafələrə daşına bilər.Hidrogenin saxlanması üçün bu seçim enerji baxımından ən səmərəsizdir, çünki burada enerji itkiləri təxminən 25% təşkil edir.

Kommersiya dehidrogenləşdirmə katalizatorlarında  bahalı platindən istifadə edilirdi. “SB REA Kataliz İnstitutu” Federal Tədqiqat Mərkəzində rus alimləri onu nikel və qalaya əsaslanan daha ucuz sistemlərlə əvəz edə bildilər və müqayisə edilə bilən yüksək seçiciliyə nail oldular - 99,9%. Onların  həyata keçirdikləri nəticəsində bir reaksiya  metilsikloheksan toluola çevrilir və hidrogenin demək olar ki, yüz faiz sərbəst buraxılması daşıyıcının parçalanması olmadan baş verir və sonra  o yenidən istifadə edilə bilər.

“Nikel hidrogenləşmə və dehidrogenləşmə reaksiyaları üçün  yaxşı tanınan katalizatordur, lakin modifikasiya olunmamış formada yan proseslərdə son dərəcə yüksək katalitik aktivliyə malikdir və bu, daşıyıcı  molekullarının məhvinə səbəb olur. Əsas vəzifə hidrogenin çıxarılması - dehidrogenləşmə prosesində yüksək seçiciliyə malik olan nikel katalizatoru əldə etmək idi. Eyni zamanda bu,yüksək seçicilik yalnız yüksək çıxım üçün deyil, həm də daşıyıcının strukturunu qorumaq üçün lazım idi. Bir sıra təcrübələr aparıldı və ən  effektli  madifikator  - qalay oldu. Hidrogen daşıyıcısı kimi metilsikloheksan istifadə edilmiş : katalizatorun iştirakı ilə 350°C temperaturun təsiri altında reaktorda hidrogen ondan ayrılaraq toluol əmələ gəlir. Nəticədə  alınan toluol, ona hidrogen əlavə etməklə əks  hidrogenləşmə reaksiyasında istifadə edilə bilər. Nəticədə alınmış katalizatordan istifadə ediləndə dehidrogenləşmə prosesinin seçiciliyi 99,9% təşkil edir.

Maye üzvi hidrogen daşıyıcılarının texnologiyası üçün seçiciliyin hətta onda biri də rol oynayır və 0,1%, benzol və metanın payına düşən əlavə məhsullardır. Benzolun konsentrasiyasının azaldılması vacibdir, çünki o, çox zəhərli və kanserogen maddədir.

Əgər proses qeyri-selektiv aparılarsa, benzol getdikcə daha çox toplanar. Seçicilik 99% olsa belə, on dövrdə təxminən 10% benzol yığılar. Bundan əlavə, çıxarılan hidrogen də metanla çirklənəcək və hidrogenin sonrakı təmizlənməsi daha bahalı olacaqdır. Beləliklə, əldə edilən katalizator benzolun əmələ gəlməsini minimuma endirməyə və yüksək  təmizliyə malik hidrogen istehsal etməyə imkan verir.

Bu barədə redaksiyaya daxil olan press-relizdə deyilir.

https://indicator.ru/chemistry-and-materials/uchenye-dobilis-vysokoi-selektivnosti-katalizatorov-dlya-izvlecheniya-vodoroda-iz-organicheskikh-nositelei-25-11-2023.htm

JURNALLAR
Faydalı linklər