Xəbərlər
Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət qrupu Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Karbon nanokatalizatorların iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasında olublar.
Dek 12, 2023 | 12:00 / Təhsil
Oxunub 2070 dəfə

Nanotexnologiyalar sahəsində aparılan elmi işlərlə tanış olmaq məqsədilə Azərbaycan Milli Aviasiya Akademiyasının 9 nəfər tələbədən ibarət qrupu Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Karbon nanokatalizatorların iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasında olublar. Laboratoriyanın aparıcı elmi işçisi Əsgər Hüseynov tələbələri laboratoriya pirolitik pilot sintez qurğusunun konstruksiyası, karbon qazlarının katalitik kimyəvi çökdürmə metodunun əsasları ilə tanış etmişdi, laboratoriyada sintez edilmiş çoxlaylı karbon nanoboru nümunələri, onların elektron SEM və TEM şəkillərini təqdim etmiş  və həmçinin tələbələrin çox sayda suallarını  cavablandırmışdır. Sonra tələbələrin iştirakı ilə propandan çoxdivarlı karbon nanoborularının sintezi üzrə təcrübə aparmışdır. Sonda tələbələr və onların rəhbəri fiz.-riyaz. üzrə fəlsəfə doktoru Samirə Məmmədova maraqlı və faydalı məlumatlar və eksperimentdə birbaşa iştirak etmək imkanına görə minnətdarlıqlarını bildirmişdir. Laboratoriyanın müdiri, AMEA-nın müxbir üzvü, professor Zeynalov E.B. universitetlərlə elmi-tədqiqat institutları arasında sıx əlaqə və əməkdaşlığın zəruri və qarşılıqlı faydalı olduğunu, tələbələrin elmi-tədqiqat işlərinin aparılmasında lazımi bacarıqlara yiyələnmələrinə, İnstitutlara isə gənc perspektivli elmi kadrları öz sıralarına cəlb etməyə imkan verdiyini xüsusilə qeyd etmişdir.

JURNALLAR
Faydalı linklər