Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı konfransda iştirak etmişdir.
Dek 12, 2023 | 10:17 / Konfranslar, iclaslar
Oxunub 1723 dəfə

10.12.2023 tarixində 23 saylı “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının əməkdaşı Lalə Quliyeva “Həyat, Mühəndislik və Tətbiqi Elmlər” üzrə 15-ci Beynəlxalq İstanbul Elmi Araşdırmalar Konqresində “Diffuziya üsulu ilə alınmış karbid örtükləri” mövzusu üzrə onlayn formatda çıxış etmişdir. Lalə Quliyeva bu istiqamətdə apardığı tədqiqat işləri barədə geniş məlumat vermiş və alınmış nəticələri konqres iştirakçılarına çatdırmışdır. Sonda dinləyicilər tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermişdir.

JURNALLAR
Faydalı linklər