Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya Institutunda “Kimyəvi kinetika və kataliz” ixtisasi üzrə elmi seminarin növbəti yiğincaği keçirilmişdir..
Dek 11, 2023 | 16:00 / Mühüm hadisələr
Oxunub 1874 dəfə

11 dekabr 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2316.01-“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti yığıncağı keçirilmişdir. Prof. Arif.C.Əfəndinin sədrliyi ilə keçirilən iclasda İnstitunun 7 saylı “Nanokompozit katalizatorlar” laboratoriyasının elmi işçisi, fəlsəfə doktoru hazırlığı üzrə sabiq dissertant Vüsal Musa oğlu Əhmədovun “Qrafit tipli karbon nitrid kompozitlərin hazırlanması və katalitik xassələrinin tədqiqi” mövzusunda 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta elmi seminarın üzvləri və digər iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər