Xəbərlər
Foto
“Heydər Əliyev Azərbaycan elminin hamisidir” adlı layihə həyata keçirilmişdir.
Dek 11, 2023 | 15:33 / Görüşlər
Oxunub 1935 dəfə

Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan elminin hamisidir” adlı layihə həyata keçirilmişdir. Kiçik akademiyalarla iş çərçivəsində baş tutan elm həftəliyinin məqsədi uşaqların elm sahəsinə maraqlarının artırılması, elmi potensiallarının düzgün istiqamətləndirilməsi, elm və texnika sahəsində baş verən yeniliklərin təbliği olmuşdur. Layihə çərçivəsində Mərkəzin Elm və texnika şöbəsinin dərnək üzvləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda müxtəlif laboratoriyalarda görülən işlərlə tanış olmuş və praktiki vərdişlər aşılanmış, həmçinin, kimya elmin aktual problemlərinə həsr olunmuş layihələrin hazırlanması üçün elmi metodik dəstək göstərilmişdir.

Elm həftəsi çərçivəsində Kataliz və Qeyri–üzvi Kimya İnstitutununda təcrübə keçməyə gələn şagird və müəllim kollektivi ilk öncə akademik Murtuza Nağıyevin İnstitututda yerləşən muzeyində onun elm və həyat fəaliyyətinə dair məlumatlarla tanış olmuşlar. Mərkəzin Elm və texnika şöbəsinin dərnək üzvləri institutut haqqında məlumat və ilkin təhlükəsizlik təlimatları aldıqdan soonra Fiziki-kimyəvi analiz şöbəsində, “Nanoelektrokimya və elektrokataliz”, “Analitik kimya“  laboratoriyalarında elmi tədqiqatların aparılmasında istifadə olunan qurğuların işləmə prinsipləri ilə tanış olmuş, təcrübələrə cəlb edilmiş və özləri təcrübələr aparmışlar.

Layihə çərçivəsində “5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzin”-də Mərkəzin rəhbəri Elza Orucova, Elm və texnika şöbəsinin  dərnək üzvlərinin və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev, sədr müavini, k.ü.f.d. Nigar İbrahimovanın, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı r.ü.f.d., dosent Lalə Əliyevanın və digər qonaqların iştirakı ilə “Heydər Əliyev və elm” elmi – praktiki konfransı keçirilmişdir. Konfransda dərnəklərin profillərinə uyğun olaraq kimya, biologiya, riyaziyyat fənnləri və süni intellekt sahəsində üzvlər tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat araşdırmalarının nəticələri məruzə edilmişdir.

Konfransda çıxış edən Gənc alim və mütəxəssislər şurasının sədri Elmir Babayev Heydər Əliyev ili çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərdən növbətisi olan “Heydər Əliyev Azərbaycan elminin hamisidir” layihəsinin mahiyyətindən bəhs etmiş və layihənin önəmini diqqətə çatdırmışdır. Gənc alim müəllim və şagirdlər tərəfindən hazırlanmış təqdimatların olduqca maraqlı olduğunu vurğulamış, uşaqların elm və bilik dairələrinin genişləndirilməsi, onların elmi – texniki yaradıcılıq potenasialının və riyazi düşüncə bacarıqlarının artırılması və uşaqlar arasında elm, təhsil və texnika sahəsində yeniliklərin təbliği və müasir informasiya texnologiyalarından səmərəli istifadənin formalaşdırılması baxımından layihənin vacibliyini qeyd etmişdir. 

Daha sonra çıxış edən Mərkəzin rəhbəri Elza Orucova layihədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayaraq, tədbirin təşkilində əməyi keçən hər kəsə təçəkkürünü bildirmişdir. Layihə müddətində fərqlənən müəllim və şagirdlər sertifikatlarla təltif olunmuşdur. Sonda “5 nömrəli Uşaq –  Gənclər İnkişaf Mərkəzi”-nə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin və şöbə müdiri professor Asif Məmmədovun “Duyğularımız və kimya” adlı kitabı hədiyyə olunmuşdur.

JURNALLAR
Faydalı linklər