Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda SABAH qrupları İcra Komitəsi ilə görüş keçirilmişdir.
Dek 09, 2023 | 11:16 / Konfranslar, iclaslar
Oxunub 1521 dəfə

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda SABAH qrupları İcra Komitəsi ilə görüş keçirilmişdir. Görüşdə Elm və Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Texniki Universitetin SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqova,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH mərkəzlərinin rəhbərləri Arzu İbrahimova və İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev, elmi katib k.e.d. Mina Munşiyeva, təhsil şöbəsinin müdiri dosent Sevinc Məmmədova və Gənc Alimlər Şurasının sədri k.ü.f.d. Elmir Babayev iştirak etmişdir. 

Bu görüş elm və təhsilin inteqrasiyasının intensivləş-dirilməsi və bu səylərin artırılmasına həsr olunmuşdur. Görüş zamanı Komitənin rəhbəri Eldar Qocayev SABAH qruplarının yardılmasının tarixi, məqsədi, görülən işlər və  Nazirlik tərəfindən qarşıya qoyulan hədəflər barəsində iştirakçılara geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, SABAH qruplarında 2023-cü ildən etibarən magistratura pilləsi üzrə də təhsil həyata keçirilir. Bu sahədə elmi tədqiqat institutlarının geniş kadr və tədqiqat potensialından istifadənin vacibliyi vurğulanmışdır.

Görüş zamanı İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev elmi mühitlə təhsilin inteqrasiyasında İnstitutun böyük təcrübəsi olduğunu və gündən günə genişləndiyini qeyd etmişdir. Akademik Dilqəm Tağıyev SABAH qruplarında təhsil və tədqiqatın təşkilində beynəlxalq təcrübədən faydalanmağın, elmlə təhsilin vəhdətini hələ orta məktəbdən başlamağın, hərtərəfli elmi tədqiqat mühitinin yaradılmasının, təhsildə mobillik və xarici dilin inkişaf etdirilməsini özündə cəmləyən kompleks yanaşmanı nəzərə almağın vacibliyini vurğulamışdır. Daha sonra İnstitututdakı akademik mühitin, kadr potensialının və  praktiki təcrübə imkanlarının tələbələrə açıq olduğunu qonaqların diqqətinə çatdırılmışdır.

Görüş əsnasında İnstitutun elmi kadr potensialından istifadə etməklə SABAH-ın magistratura tələbələri üçün ustad dərslərinin, ixtisas müəllimlərinin mühazirələrinin və elmi konfransın keçirilməsi, tələbələr üçün elmi rəhbərlərin təyin edilməsi kimi məsələlərin müzakirəsi aparılmışdır.

JURNALLAR
Faydalı linklər