Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının iclası keçirilmişdir.
Dek 08, 2023 | 10:36 / Konfranslar, iclaslar
Oxunub 2067 dəfə

AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində yaradılmış BFD 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u (18 əyani, 1 distant formada) iştirak etmişdir. İclasda AR ETN-i akademik M.Nağıyev adına KQüKİ-nin doktorantı Qurbanova Ülviyyə Maqsud qızının 2308.01 “Elektrokimya” və 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasları qovşağında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Suyun elektrolizi üçün Ni-Mo əsaslı aktiv elektrokatalitik sistemlərin sintezi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: AMEA-nın müxbir üzvü, k.e.d., prof. İslam Mustafayev; ARETN-i akademik Y.Məmmədəliyev adına NKPİ-nin, professoru, k.e.d. Səfa Abasov; Azərbaycan Texniki Universitetinin dosenti, k.ü.f.d. Tariyel Şirinov iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Ülviyyə Qurbanovanın elmi rəhbəri k.e.d., prof. Akif Əliyev iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə BFD 1.15 Dissertasiya şurasının sədri k.e.d., prof. Eldar Əhmədov tərəfindən elan edildi.

 

 

JURNALLAR
Faydalı linklər