Xəbərlər
Foto
Beynəlxalq Core Academy-dən məktub.
Dek 07, 2023 | 12:44 / Konfranslar, iclaslar
Oxunub 2038 dəfə

 

Beynəlxalq Core Academy-nin icraçı direktorunun akademik Dilqəm Tağıyevə göndərdiyi məktubda yazılmışdır:

 

Siz, AMEA-nın vitse prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev kimya elminə, xüsusilə də kimyəvi kinetika və kataliz sahəsində tədqiqat və tədrisə, həmçinin bəşəriyyətin rifahı naminə bilik və elmin inkişafına verdiyiniz töhfələrə görə Beynəlxalq Elm və Humanitar Akademiyanın (Core Academy, Hong Konq) həqiqi üzvü seçildiniz.

Məktubda qeyd edilir ki, Hong Kongda yerləşən International Core Academy-nin 5 şöbəsi var. (Humanitar elmlər, Sosial elmlər, Təbiət elmləri, Mühəndislik, Riyaziyyat və İnformasiya elmləri). Bu akademiyada tərəfdaşlıq - dünya əhəmiyyəti kəsb edən kimya elmi sahəsinə mühüm töhvələr vermiş akademiklər üçün Core Academy qrantları tərəfindən dəstəklənən bir mükafatdır. Bu akademiyanın həqiqi üzvləri müxtəlif ölkələrin və təşkilatların tanınmış nümayəndələridir. 

 

İnstitutun bütün kollektivi hörmətli akademikimizi ürəkdən təbrik edir.

 

JURNALLAR
Faydalı linklər