Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İstanbul Universitetində görülən tədqiqat işləri haqqında diskussiyalar aparılmışdır.
Dek 06, 2023 | 11:30 / Konfranslar, iclaslar
Oxunub 1795 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İsazadə Aygün və Rəhimli Nərgiz ezamiyyə dövründə İstanbul Universiteti, Əczaçılıq Fakültəsinin Analitik kimya bölməsinin əməkdaşı Prof. Dr. Zeynep Aydoğmuş ilə görüş keçirilmişdir. Universitetin Analitik kimya laboratoriyasında mövcud avadanlıqlarla tanışlıq, bizim tərəfimizdən alınmış təcrübi nəticələrin Termoqravimetrik (TGA) və İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) analizi və laboratoriyanın əməkdaşları ilə görülən tədqiqat işləri haqqında diskussiyalar aparılmışdır.

Ezamiyyət dövründə faydalı görüşlər zamanı elmi əlaqələrin və əməkdaşlıqların gələcəkdə də davam etdirilməsi haqqında razılıqlar əldə edilmişdir.

JURNALLAR
Faydalı linklər