Xəbərlər
Foto
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib
Dek 04, 2023 | 12:33 / Konfranslar, iclaslar
Oxunub 2046 dəfə

Bakı, 4 dekabr.

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, SAF 2023 festivalında müxtəlif yarış kateqoriyaları üzrə 96 nəfərdən ibarət münsiflər heyətində Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya kimi ölkələr təmsil olunur.

SAF 2023 “Robokids”, “Engineers of Future” (Gələcəyin mühəndisləri), “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” (İnnovativ sərgi), “Deep Dive” (Sualtı dronlar/gəmi), “Hackathon”, “VEX IQ Competition” (VEX IQ Yarışması), “Mechatronics” (Mexatronika), “Wings and Wheels” (Qanadlar və təkərlər), “FlyTech”, “Boat Racing” (Gəmi yarışması), “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçirilir.

Festivalın final mərhələsində 11 ölkə təmsil olunacaq. Final mərhələsində, ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq.

Qeyd edək ki, SAF 2023 festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

JURNALLAR
Faydalı linklər