Xəbərlər
Kimyəvi irəliləyiş: kimyaçılar sudan oksigeni maqnitlərdən istifadə edərək sudan çıxarlar.
Dek 04, 2023 | 10:50 / Maraqlı məlumatlar
Oxunub 1331 dəfə

İnsanları uzaq kosmosa göndərməyə kömək edən sistemlərin inkişafında alimlər maqnitlərdən istifadə edərək mikroqravitasiya şəraitində sudan oksigeni ayırmaq üsulu tədqiq etdilər. Bu tədqiqatlar kosmik səyahət zamanı insanların nəfəs almasını qorumaq üçün və itələyici qüvvələr olmadığı təqdirdə sudan oksigenin alınması prosesində çox vaçibdir.

Beynəlxalq Kosmik Stansiyada oksigen suyu hidrogen və oksigenə parçalayan elektrolitik qəfəs vasitəsilə istehsal olunur, lakin sonra bu qazlar sistemdən çıxarılmalıdır.

Kosmosda cazibə qüvvəsinin olmaması səbəbi ilə oksigen çıxarmaqda çətinlik  yaranır. Yer üzündə cazibə qüvvəsi CO2 qabarçıklarının  bir stəkan qazlı sudakı kimi səthə çıxmasına kömək edir. Ancaq kosmosda bu qabarcıklar mayedə asılı vəziyyətdə qalır. Bu qazlar yalnız  həcmli və bahalı bir sentrafuqa ilə  çıxarıla bilir. Alimlər maqnitləşmədən istifadə edərək eyni təsiri əldə etmək üçün uzun tədqiqat apardılar. Bu ehtimalı kosmik mühitdə araşdırmaq üçün tədqiqatın müəllifləri Almaniyadakı 146 metr hündürlüyündə bir elmi obyekt olan Bremen düşmə qülləsindən istifadə etdilər. Mikroqravitasiyada  qısa bir təcrübə vaxt pəncərəsi yaratmaq üçün yerə zərbəyə davamlı bir kapsul göndərdilər, bu hal 9,2 saniyə davam etdi. Alimlər Neodium maqnitlərdən istifadə edərək müxtəlif mayelərdə qaz qabarcıklarının elektrod səthindən ayrılması üçün yeni bir üsul hazırladılar. Tədqiqatçılar ilk dəfə bu yanaşmanı maqnitləşmədən istifadə edərək mikroqravitasiya şəraitində qaz qabarcıklarının cəzb etmək və dəf etmək üçün istifadə etdilər. Alimlərin sözlərinə görə, bu yeni texnologiya yeni nəsil kosmik gəmilər üçün yeni sistemlərinin yaranmasına  səbəb olar və insanları Aya və Marsa göndərmək işində əhəmiyyətli dərəcədə kömək edə bilər.

Tədqiqat npj Microgravity jurnalında dərc edilmişdir.

https://ab-news.ru/kislorod-izvlekaetsya-iz-vody-s-pomoshhyu-magnitov/

JURNALLAR
Faydalı linklər