Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın növbəti yığıncağı keçirilmişdir.
Noy 30, 2023 | 15:48 / Konfranslar, iclaslar
Oxunub 2352 dəfə

30 noyabr 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın növbəti yığıncağı keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi ilə keçirilən iclasda İnstitunun 19 saylı “Dəmir və titan tərkibli filiz xammalının emalı” laboratoriyasının elmi işçisi, fəlsəfə doktoru hazırlığı üzrə doktorant Şərifova Ülviyyə Novruz qızının “Acınohur titanmaqnetit konsentratlarının vanadat və titanat fraksiyalarının işlənməsi, litium polititanatları və polivanadatlarının sintezi və termodinamiki tədqiqi” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta elmi seminarın üzvləri və digər  iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər