Xəbərlər
FotoVideo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər.
Noy 28, 2023 | 10:44 / Konfranslar, iclaslar
Oxunub 2525 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı - k.e.d., prof.  Etibar İsmayılov, k.e.d., prof. Akif Əliyev, a.e.i. k.ü.f.d., dos. Aygün Rüstəmova, a.e.i. k.ü.f.d., dos. Vüsalə Məcidzadə, fəlsəfə və elmlər doktorluğu üzrə doktorantlar a.e.i., k.ü.f.d Sevinc Osmanova, k.ü.f.d Sevil Xəlilova, Samirə Süleymanova, Nərmin Əliyeva Gürcüstanın Tbilisi şəhərində keçirilən 2nd International Scientific Conference “Science, Education, Innovations and Chemical Technologies From Idea to Implementation” adlı konfransda iştirak edərək, plenar və poster məruzələrlə çıxış etmişlər.

Konfransın məqsədi ən son fundamental və texnoloji tədqiqatların nəticələrini və nailiyyətlərini kimya və əlaqəli sahələr üzrə geniş və fənlərarası elmi məktəblərin nümayəndələri ilə bölüşmək, tədqiqat metodologiyalarına və təcrübəyə əsaslanaraq mümkün birgə tədqiqatların planlaşdırılması, elmi-tədqiqat işlərinin aparılması məqsədilə tərəfdaşlığın dərinləşdirilməsindən ibarətdir. Konfransda dünyanın müxtəlif ölkələrindən ABŞ, Almaniya, Fransa, Yaponiya, Belçika, Belarus, Bolqarıstan, Qazaxıstan və s. ölkələrin alimləri iştirak edirdilər. Qeyd edək ki, akademik Dilqəm Tağıyev və k.e.d., prof. Akif Əliyev konfransın Təşkilat Komitəsinin üzvləridir.

Konfransın açılış mərasimində Təşkilat Komitəsinin həmsədri Tbilisi Dövlət Universiteti R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru Q. Tatişviliyə akademik Dilqəm Tağıyevin göndərdiyi hədiyyə - üzərində Azərbaycanın paytaxtı Bakı şəhərinin mənzərəsi olan xalça təqdim edildi. Sonra “Synthesis and characterization of iron-containing pp and hdpe based composites” mövzusunda elmlər doktorluğu üzrə doktorant k.ü.f.d Sevil Xəlilova, “Effect of calcination temperature on the surface structure and elemental composition of MnOx-Na2WO4/ bentonite catalyst for oxidative coupling of methane” mövzusunda elmlər doktorluğu üzrə doktorant k.ü.f.d Sevinc Osmanova, “The influence of ultrasound on the dls, ftir and emr spectra of a liquid-phase catalytic system for the hydroxylation of phenol into dihydroxybenzenes with hydrogen peroxide in the presence of iron-containing mordenite particles” mövzusunda k.e.d., prof.  Etibar İsmayılov və “Thermal stability of heteronuclear Fe-Mn(Co) cyclopentadienyl complexes adsorbed on alumina and thermodynamics of their decomposition” mövzusunda k.ü.f.d., dos. Aygün Rüstəmovanın məruzələri dinlənilmişdir. Konfransın 2-ci günü k.ü.f.d., dos. Vüsalə Məcidzadə və fəlsəfə doktorluğu üzrə doktorant Nərmin Əliyeva poster məruzələrlə çıxış etmişlər. Bununla yanaşı, k.ü.f.d., dos. Vüsalə Məcidzadə və fəlsəfə doktorluğu üzrə doktorant Samirə Süleymanovanın moderatorluğu ilə Seasonal School (mövsümi məktəb) bölməsində müxtəlif ölkə nümayəndələrinin çıxışları dinlənilmişdir. Burada k.e.d., prof.  Etibar İsmayılovun “Catalytic hydrogenation of carbon dioxide. Achievements and prospects” adlı plenar məruzəsi dinlənilmişdir. Konfransın 3-cü günündə Kaxetiya bölgəsində Telavi Dövlət Universitetində Seasonal School (mövsümi məktəb) bölməsi üzrə çıxışlar davam etdirilmiş və konfransın bağlanış mərasimi keçirilmişdir. Konfransın keçirildiyi 3 gün ərzində müxtəlif dünya ölkələrindən olan alimlərin apardığı elmi diskusiyalar, sual-cavablar onların gələcəkdə birgə elmi fəaliyyətləri üçün böyük töhfə olacaqdır.

 

JURNALLAR
Faydalı linklər