Xəbərlər
Rusiyalı alimlər şüşələrin və metallarda ifratdəqiq qaynaqlanması motodunu hazırlamışlar.
Noy 27, 2023 | 11:04 / Maraqlı məlumatlar
Oxunub 384 dəfə

Rusiyanın Mendeleyev adına Kimya Texnologiyaları Universitetinin (RKTU) alimləri yüksək texnologiyalı sənaye sahələrində istifadə üçün şüşə və metal kimi bir-birinə bənzəməyən materialların lazer qaynaq üsulunu  işləyib hazırlayıblar. Bu barədə RİA Novosti-yə universitetin mətbuat xidməti məlumat verib.

Optik, analitik və elektron rəqəmsal cihazların miniatürləşdirilməsi istiqamətində davamlı tendensiya ilə əlaqədar olaraq, mühüm və perspektivli sahələrdən biri bu cür cihazların istehsalında fərqli xüsusiyyətlərə malik hissələrin birləşdirilməsi üçün femtosaniyə lazerlərin istifadəsidir. Bu innovativ qaynaq üsulu Rusiya Mendeleyev adına  Kimya Texniki Universitetinin Şüşə və Sitallar kafedrasında hazırlanmışdır.

Mətbuat xidmətində qeyd olunduğu kimi, prosesin mahiyyəti lazer şüalanmasının birləşdirilən iki elementin sərhəddində mikron ölçülü bölgəyə yönəldilməsidir ki, bu da materialların lokal istiləşməsinə və onların diffuziyasına  səbəb olur. Qeyd edilir ki,  müxtəlif materiallardan olan  ən kiçik hissələri belə möhkəm birləşdirməyə imkan verir.

https://news.rambler.ru/tech/51724879-v-rossii-razrabotali-sverhtochnuyu-svarku-stekla-s-metallom/

JURNALLAR
Faydalı linklər