Xəbərlər
Rusiyalı kimyaçılar dəyişdirilə bilən maqnit xassələrinə malik yeni birləşmə alıblar.
Noy 22, 2023 | 10:34 / Maraqlı məlumatlar
Oxunub 368 dəfə

REA-nın N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun və . G.A. Razuvaev adına Metal üzvi  Kimya İnstitutun alimləri monomolekulyar maqnit xassələrinə malik birləşmənin alınması üçün sadə bir mərhələli üsul işləyib hazırlamışlar. Tədqiqatçılar ilk dəfə olaraq molekulyar maqnitlərin qurulması üçün eyni vaxtda azot və oksigen atomlarını tərkibində saxlayan yeni növ başlanğıc maddədən istifadə etmək imkanını müəyyən ediblər. Bu tədqiqat  məlumat saxlama qurğularının, eləcə də molekulyar sensorların yaradılması üçün perspektivlidir.

Fiziki xassələri xarici təsirlərlə idarə oluna bilən materialların, (məsələn, maqnit sahəsinin) sintezi hazırda qeyri-üzvi kimyanın əsas istiqamətlərindən biridir, çünki bu cür materiallar əsasında hazırlanmış yeni materiallar prinsipcə yeni molekulyar elektronika cihazlarında istifadə edilə bilər.

Rusiya Elmlər Akademiyasının Ümumi Kimya İnstitutunun kimyaçıları kobalt ionunun ətrafını modifikasiya etmək və onun maqnit xassələrini dəqiq tənzimləmək üçün tərkibində oksigen və azot atomları olan yeni üzvi molekuldan istifadə etməyi təklif ediblər.

Müxtəlif üzvi molekullardan kobalt atomunun ətrafı elə seçilmişdir ki,  yeni birləşmə sürətli keçidə, qalıq maqnitləşməyə, nəmə və atmosfer oksigeninə qarşı davamlı optimal maqnit xassələrə malik olsun. Bu iş molekulyar maqnitlərin qurulması üçün eyni vaxtda azot və oksigen atomlarını tərkibində saxlyan yeni üzvi molekuldan istifadənin əsas imkanlarını nümayiş etdirən ilk iş idi. Məlum olduğu kimi, bu işdən əvvəl heç kim belə maddələrdən monomolekulyar maqnitləri sintez etmək üçün istifadə etməmişdir. Yeni birləşmənin fiziki parametrləri hələ rekord həddə çatmayıb, lakin əksər rekordçulardan fərqli olaraq havayaqarşı davamlıdır.

Aparılan işlərin nəticəsi olaraq sadə bir pilləli üsulla xarici maqnit sahəsi tətbiq edildikdə dəyişdirilə bilən maqnit xassələrinə malik yeni kobalt birləşməsi sintez edilmişdir. Müəlliflər hesab edirlər ki, əldə edilən nəticə, ilk növbədə, həmkarlarının diqqətini dəyişdirilə bilən materialların yaradılması üçün yeni üzvi maddələrdən istifadə imkanlarına yönəldəcək.

İş New Journal of Chemistry jurnalında dərc olunub.

İş Rusiya Elm Fondunun qrantı (No 19-13-00436) tərəfindən dəstəklənib.

https://indicator.ru/chemistry-and-materials/rossiiskie-khimiki-poluchili-novoe-soedinenie-s-pereklyuchaemymi-magnitnymi-svoistvami-08-11-2023.htm

JURNALLAR
Faydalı linklər