Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Noy 16, 2023 | 15:40 / Konfranslar, iclaslar
Oxunub 2629 dəfə

16.11.2023-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 20-si (əyani formada) iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya kafedrası”nın sabiq dissertantı İsgəndərova Aynur Əbülfət qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Modifikasiya olunmuş HZSM-5 seolit katalizatorları iştirakında benzolun etanolla selektiv alkilləşməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: AMEA-nın həqiqi üzvü, k.e.d., prof. Adil Qəribov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, k.e.d. Vaqif Bağıyev; ARETN-i akademik M.Nağıyev adına KQKİ-nin k.ü.f.d. Elmir Babayev iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Aynur İsgəndərovanın elmi rəhbəri Eldar Əhmədov iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri AMEA-nın həqiqi üzvü, k.e.d., prof. Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər