Xəbərlər
Yeni katalizator dərman vasitələrində istifadə edilən azot tərkibli molekulların alınmasına kömək edəcəkdir.
Noy 04, 2023 | 11:17 / Maraqlı məlumatlar
Oxunub 629 dəfə

Kimyaçılar müxtəlif dərman vasitələrində  tərkibinə daxil olan azot tərkibli molekulların sintezi üçün metalüzvü  katalizator hazırlayıblar.Onun tərkibində biogen və ucuz metallar var - kalsium və kalium. O, mövcud katalizatorlardan fərqli olaraq, otaq temperaturunda, atmosfer təzyiqində reaksiyaların aparılmasına 100%-ə qədər effektivliyə malik məqsədli birləşmələrin  istehsal edilməsinə imkan verir .

Tərkibində bir və ya daha çox azot atomu olan üzvi molekullar dərman vasitələrinin və bioloji aktiv birləşmələrin demək olar ki, 80%-də olur. Bu cür molekulların alınması üçün ən effektiv üsul hidroaminləşmə reaksiyasıdır - doymamış karbohidrogenlərə azot tərkibli qrupların birləşməsi (ikiqat və ya üçqat rabitəsi olan). Belə bir reaksiyanın baş verməsini mümkün edən bir maddə olan katalizator lazımdır .Mövcud katalizatorların bəziləri sərt şərtlər tələb edir (məsələn, 200 °C-ə qədər qızdırmaq, atmosfer təzyiqindən 40 dəfə yüksək təzyiq) və ya çox sayda yan məhsulların meydana gəlməsinə səbəb olur.

Q.A.Razuvaev adına Metal Üzvi Kimya İnstitutunun( Nijniy Novqorod), A.N.Nesmeyanov adına Elementüzvü  birləşmələri İnstitutunun alimləri, (Moskva) tərkibində kalsium və kalium ionları olan metalüzvü katalizator sintez etmişlər. Müəlliflər müxtəlif üzvi birləşmələrlə 60-dan çox reaksiya nümunəsi ilə əldə edilən metal üzvü birləşmənin hidroaminləşmə reaksiyasını həyata keçirmək qabiliyyətini tədqiq etmiş və onun çoxfunksiyalılığını nümayiş etdirmişlər. Çevrilmənin növündən və mürəkkəbliyindən asılı olaraq sintezin getməsi üçün, bir dəqiqədən üç günə qədər vaxt tələb olunurdu.

Xüsusilə, tədqiqatçılar ikiqat rabitəsi olan ən sadə karbohidrogen - etileni hidroaminləşdirə bildilər. Əvvəllər bu, çətin bir iş idi, çünki reaksiya 190 ° C-də və 40 atmosfer təzyiqdə getməli idi. Yeni katalizator isə onu otaq temperaturunda və atmosfer təzyiqindən cəmi 1,5 dəfə yüksək təzyiqdə keçirməyə imkan verdi. Bu vəziyyətdə çevrilmənin seçiciliyi 99% -ə çatdı və demək olar ki, təmiz məhsulun əmələ gəlməsinə səbəb oldu. Bundan əlavə, ilk dəfə olaraq ammonyak və stiroldan nümunə kimi istifadə edilən yeni bimetal katalizator sayəsində hidroaminləşmə reaksiyalarının (C-N və hidroaminoalkilləşməni həyata keçirmək mümkün oldu, bu isə əvvəllər məlum olmayan üçlü aminin sintezinə imkan verir.

Rusiya Elm Fondunun (REF) Prezident Proqramının qrantı ilə dəstəklənən tədqiqatın nəticələri ACS Catalysis jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2023/novyi-katalizator-pomozhet-poluchat-azotsoderzhashchie-molekuly-dlya-primeneniya-v-lekarst

JURNALLAR
Faydalı linklər