Xəbərlər
Alzheimer xəstəliyində olduğu kimi beyində dəyişikliklərə səbəb olan bir göbələk infeksiyası tapıldı
Noy 03, 2023 | 10:47 / Maraqlı məlumatlar
Oxunub 1050 dəfə

Beylor Tibb kollecinin alimləri, Candida albicans tərəfindən beyində yaranmış göbələk  infeksiyasının idrak pozğunluğuna səbəb olduğunu aşkar etdilər.

Candida albicans göbələyi beyinə nüfuz edir və boz maddədə xüsusi hüceyrədənkənar çöküntülər əmələ gətirən peptidlər olan beta-amiloidləri  hərəkətə  gətirir. Bu çöküntülər amiloid lövhəçik  kimi tanınır. Onlar neyronların ölümünün birbaşa səbəbi deyil, lakin  beyin toxumalarının məhvinə səbəb olan prosesləri  işə salırlar.  Bu cür zərər koknitiv qabiliyyətlərin azalmasına səbəb olur. Yaddaş və diqqət, eləcə də məkanda oriyentasiya bacarıqları pisləşir.

Candida albicans-ın BETA-amiloidləri parçalamaq qabiliyyətinə əsaslanaraq Alzheimer xəstəliyi üçün yeni müalicələrin inkişaf etdirilməsinin mümkün olub olmadığını anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatın nəticələri Cell Reports-da dərc edilmişdir.

https://news.rambler.ru/tech/51629132-obnaruzhena-gribkovaya-infektsiya-vyzyvayuschaya-v-mozge-izmeneniya-kak-pri-bolezni-altsgeymera/

JURNALLAR
Faydalı linklər