Xəbərlər
Keçid elementlərinin xalkogenidləri laboratoriyası əməkdaşlarının 2023- ci il üçün elmi –təşkilati fəaliyyət haqqında hesabatı laboratoriyada dinlənilmişdir.
Okt 27, 2023 | 13:59 / Konfranslar, iclaslar
Oxunub 2885 dəfə

27 oktyabr 2023-cü il tarixində İnstitutun “Keçid elementlərinin xalkogenidləri” laboratoriyası əməkdaşlarının 2023- ci il üçün elmi –təşkilati fəaliyyət haqqında hesabatı laboratoriyada dinlənilmişdir.

Laboratoriyanın rəhbəri prof. İxtiyar Bəxtiyarlı qeyd etdi ki, laboratoiyada cari ildə  “Hidrogen energetikası, mikroelektronika və yerli sənaye üçün keçid elementlərinin çox komponentli funksional xassəli kompozitlərinin alınması və tərkib- xassə asılılıqlarının öyrənilməsi” və  “p və d keçid elementlərinin (p-In, Sn, Sb; d-Cu,Ag) xalkogenidləri  əsasında ekoloji cəhətdən səmərəli termoelektrik və fotohəssas materialların alınması” işləri üzrə 8 mərhələdə  tədqiqatlar aparılmlşdır. Bu gün laboratoriyada əməkdaşların hesabatları dinləniləcəkdir.

Sonra qrup rəhbərləri, məsul içraçılar və icraçılar 2023-cü il üzrə apardıqları elmi-tədqiqat işləri, alınan nəticələr və çap olunan əsərlər haqqında ətraflı məlumat verdilər.

Sonda prof. İxtiyar Bəxtiyarlı hesabatlara yekun vuraraq qeyd etdi ki, aparılan işləri qənaətbəxş hesab etmək olar. Professor qeyd etdiki, La-Ni-Ce üçlü sistemində alınan bərk məhlul sahəsindən nümunələr hidrogenin akkumlaysiyası üçün, Cu2SnSe2-Sb2Se3-Se sistemindəki bərk məhlullar isə termoelektrik material kimi perspektivli hesab oluna bilər. Cari ildə ümumilikdə 10 məqalə və 6 konfrans materialı çap olunmuşdur. Məqalələrdən 5- i Web of science Scopuc bazalarında referatlaşan  nüfuzlu beynəlxalq jurnallarda  dərc olunmuşdur.

Nəticədə hesabatın elmi şuraya təqdim ediləcəyi söylənildi.

JURNALLAR
Faydalı linklər