Xəbərlər
Rusiyada maye radioaktiv tullantıların bərkiməsi üçün yeni material tapıldı.
Okt 26, 2023 | 16:00 / Maraqlı məlumatlar
Oxunub 427 dəfə

Rusiya Elmlər Akademiyasının V. İ.Vernadski adına Geokimya və Analitik Kimya İnstitutunun(GEOXİ)  mətbuat xidmətindən bildirilib ki, bu institutunun radiokimya laboratoriyasının alimləri maye radioaktiv tullantıları bərkitmək  üçün istifadə ediləcək material əldə etmək məqsədilə yeni  metod hazırladılar. Bu metodun özəlliyi – bir çox üstünlüklərə malik mineral xammal –dolomitin  istifadəsidir. Zəngin maqnezium oksid mənbəyi olan dolomit, radioaktiv tullantıların davamlı  bərkidilməsi  üçün lazım olan materialın yaradılmasında əsas rol oynayır. Bərkimə prosesi maye radioaktiv tullantıların zərərli radionuklidlərinin  ətraf mühitə yayılmasının qarşısını alan davamlı və stabil bir materiala çevrilməsinə imkan verir. Bu metodun ən böyük üstünlüklərindən biri Rusiyada dolomitin mövcudluğudur. Bu mineral ölkədə ən çox yayılmış maqnezium oksidin  mənbəyidir. Üstəlik, dolomitin əhəmiyyətli ehtiyatları artıq  çıxarmış   filiz qalağının  içərisindədir.

https://news.rambler.ru/tech/51631726-v-rossii-nazvali-novyy-material-dlya-otverzhdeniya-zhidkih-radioaktivnyh-othodov/

JURNALLAR
Faydalı linklər