Xəbərlər
Rus mütəxəssisləri bərkliyi almazla müqayisə edilə bilən maddəni tədqiq etdilər.
Okt 24, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 934 dəfə

Moskva Fizika –Texniki  İnstitut (MFTİ) -dən fizikləri  və müxtəlif elmi institutlardan olan böyük bir alimlər qrupu, fulleritin quruluşunu öyrənmək üçün bir sıra təcrübələr apardılar. Bu bərkliyi almazla müqayisə oluna bilən amorf karbon materialdır.
Bu tədqiqatda spektroskopiya metodundan istifadə olunub. Məlumdur ki, karbon bir çox fərqli allotropik modifikasiyaya malikdir: qrafit,almaz,nanoborular,fullerenlər.Bu ilkin maddələrə yüksək təzyiq tətbiq olunarsa, xüsusi xassələrə malik maddələr əldə edilə bilər.
Beləliklə, fullerenlər-60 və ya daha çox karbon atomundan əmələ gələn həcmli sferik quruluşla  bir neçə yüz min atmosfer təzyiqində sıxıla bilər. Bu vəziyyətdə fulleren molekullarının özləri deformasiyaya uğrayır və bir-biri ilə əlaqələr yaradaraq nanoklasterlər əmələ gətirirlər. Bu vəziyyətdə son məhsul almaz kimi  bərk olan amorf material - fulleritlərdir.
Fulleritlər tam öyrənilməyib. MFTİ nanostrukturlarının fizika və kimya kafedrasının professoru Mixail Popovun rəhbərlik etdiyi bir qrup rus aliminin, işığın kombinasiyalı səpələnməsi spektroskopiyasından istifadə edərək  apardıqları araşdırmalar nəticəsində  məlum oldu ki, ifratbərkfulleritin və nanoalmağın spektrlərində oxşarlıq var. Bu tədqiqat karbon materiallarının quruluşunu və xassələrini daha yaxşı başa düşməyə kömək edəcəkdir. Bunlar tibbdə, batareyalar istehsalında və bir sıra digər sahələrdə geniş istifadə olunacaqdır.

https://planet-today.ru/

JURNALLAR
Faydalı linklər