Xəbərlər
Alimlər antimikobakterial və xərçəng əleyhinə aktivliyə malik yeni palladium birləşmələri sintez etmişlər.
Okt 23, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 480 dəfə

Rusiya Elmlər Akademiyasının (REA) N.S. Kurnakov  adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun, REA-nın A.N.Nesmeyanov adına Element üzvi birləşmələri İnstitutunun, REA-nın. N.İ. Vavilov adına Ümumi Genetika İnstitutunun,  Mərkəzi elmi-tədqiqat Vərəm İnstitutu və Y.M. Lopuxin adına Fiziki-Kimyəvi Təbabət üzrə Federal Elmi və Klinik Mərkəzinin alimləri antimikobakterial və antixərcəng fəaliyyəti olan bir sıra palladium birləşmələrini sintez etdilər. Yeni palladium kompleksləri xərçəng əleyhinə geniş istifadə olunan sisplatin dərmanı ilə müqayisədə xeyli yüksək seçiciliyə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün xərçəng xəstəliyi ölümlərin əsas səbəblərindən biridir. Kimyaterapiya xərçəng xəstələrinin müalicə sistemində ən vacib hissədir və 65% hallarda istifadə olunur. Hal-hazırda platin əsaslı dərmanlar xərcəng xəstələrinin müalicəsində aparıcı yerlərdən birini tutur. Xüsusilə, xərçəngin müalicəsi üçün ən təsirli dərmanlardan biri sisplatindir. Platin birləşmələrinin əsas çatışmazlığı onların qeyri-kafi selektivlik səbəbindən sağlam hüceyrələrə qarşı toksikliyidir ki, bu da immunitet sisteminin, sümük iliyinin qanəmələgətirmə funksiyasının sıxıntısı səbəbindən bədən tərəfindən tam müalicəyə imkan verməyən pozğunluqların inkişafına səbəb olur, ürək fəaliyyətinin ,damar və sinir sistemləri, qaraciyər, böyrəklər və s-in pozulmasına gətirib çıxarır. Buna görə də yüksək antixərcəng və antibakterial aktivliyə və eyni zamanda aşağı toksikliyə malik prinsipcə yeni bioloji aktiv maddələrin axtarışı bioqeyri-üzvi, koordinasiya və tibbi kimyanın mühüm vəzifəsidir.

Rusiya Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun alimləri yumurtalıq adenokarsinoma xərçəngi hüceyrələrinə və patogen olmayan , vərəmin törədicisi olan Kox çöpü üçün bir model olan, mikobakteriyalara qarşı aşağı toksikliyə və yüksək antiproliferativ aktivliyə malik azot tərkibli heterotsiklik liqandlarla yeni palladium birləşmələri əldə ediblər.

REA dəstəyi ilə aparılan tədqiqatın nəticələri “Inorganica Chimica Acta” jurnalında dərc olunub.

https://rscf.ru/news/chemistry/uchenye-poluchili-novye-soedineniya-palladiya-s-antimikobakterialnoy-i-protivorakovoy-aktivnostyu-/

JURNALLAR
Faydalı linklər