Xəbərlər
Katalizatorların əsas xüsusiyyətləri haqqında
Okt 20, 2023 | 11:15 / Maraqlı məlumatlar
Oxunub 609 dəfə

Katalizatorlar həyatın bir çox sahələrində istifadə olunur və onların iştirak etmədiyi bir neçə sahə olduğunu söyləmək daha düzgün olardı - bu, müxtəlif konsentrasiyalarda kimyəvi cəhətdən təmiz maddələrin əldə edilməsinin çətin olması ilə əlaqədardır. Reaksiyalar zamanı, belə demək mümkünsə,onlar kənar müşahidəçilər kimi mövcuddur. Ancaq burada "kənar müşahidəçilər" sözlərinin istifadəsi o qədər də uyğun olmayacaq, çünki katalizatorlar hələ də reaksiyada iştirak edirlər, lakin onların iştirakı reaksiyaların sürətini dəyişdirmələri ilə xarakterizə olunur və reaksiya başa çatdıqdan sonra dəyişməz halda bərpa olunurlar. Beləliklə, deyə bilərik ki, katalizatorlar kimyəvi proseslərdə mövcud olsalar da, özləri sərf edilmirlər.

Tamamilə gözlənilməz maddələr katalizator kimi istifadə edilə bilər, məsələn, ingilis kimyaçısı Pristli, gil boru vasitəsilə qaynar etil spirtini üfürməklə təcrübələr apararkən, borunun o biri ucundan çıxan qazın ağ rəngli alovla yanmağa başladığını aşkar etdi. Çox sonralar məlum oldu ki, bu, etil spirtinin dehidrotasiyası və etilen qazının əmələ gəlməsi ilə bağlıdır, burada reaksiyanın  katalizatoru kimi  turşu xassələri olan gil istirak edir.

Bu zaman gil əvəzinə metallar, məsələn, mis, dəmir, gümüş, maqnezium oksidi istifadə olunursa, etil spirtinin dehidrotasiyası asetaldehid və hidrogenin əmələ gəlməsi ilə baş verir.

Katalizatorlar aktivlik xassəsi ilə xarakterizə olunur ki, bu da onun reaksiyaları sürətləndirmək qabiliyyəti, həmçinin seçmə qabiliyyəti, yəni müəyyən istiqamətdə reaksiyaları sürətləndirmək qabiliyyəti deməkdir.

Beləliklə, təxmin etdiyimiz kimi, ümumi halda, arzu olunan katalizatorun hazırlanması problemi ən yüksək aktivliyə və istənilən istiqamətdə seçiciliyə malik olan növün tapılması sintez edilməsindən ibarətdir (məsələn, o, ən çox miqdar və ən böyük sürətlə etil spirtini  etilenə çevirə bilir).

Katalizatorun səmərəliliyi sabit qalmır və zamanla  katalizatorun reaksiyaya girən maddələrin tərkibindəki qatışıqlarla çirklənməsi, səth sahəsinin azalması, karbon çöküntülərinin artması, fiziki dağılma və s. amillərlə əlaqədardır.

Katalizatorların əhəmiyyəti çoxdur, çünki onların istifadəsi tamamilə yeni imkanlar yaradır, məsələn, 2020-ci ildə karbon qazı və suyu etil spirtinə çevirməyə imkan verən bir katalizatorun hazırlanması barədə xəbər yayıldı. Elektrokimyəvi reaksiya nəticəsində CO2-nin parçalanmasına və yenidən etanol molekullarına çevrilməsini səbəb olan katalizator kömür tozu  altlığının üzərinə səpələnmiş misdir.  Bu çevrilmə  zamanı seçicilik  90%-dən yuxarıdır ki, bu da hər hansı oxşar prosesdən xeyli üstündür.

https://www.nanonewsnet.ru/news/2023/katalizatory

JURNALLAR
Faydalı linklər