Xəbərlər
Foto
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
Okt 19, 2023 | 15:08 / Konfranslar, iclaslar
Oxunub 2332 dəfə

19 oktyabr  2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası  keçirilmişdir. 

İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, iclasın gündəliyinə 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının keçirilməsi, cari ildə elmi-tədqiqat işlərində alınmış mühüm nəticələrin təsdiqi,  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş İnstitutun Gənc Alimlərinin müsabiqəsinin yekunları haqqında və s. məsələlər daxil edilmişdir.

Akademik bildirdi ki, hazırda biz tarixi anlar, günlər, aylar, illər yaşayırıq.
Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərin nəticəsində Qarabağdakı quldur yuvası darmadağın edildi, erməni separatizmi məhv edildi. Azərbaycanlılara qarşı soyqırımları həyata keçirən, qətliamlar törədən separatçı canilər isə əlləri qandallı halda Bakıya ədalət mühakiməsinə gətirildilər. Oktyabrın  15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə bayrağımızı ucaltması Azərbaycan xalqının illərdir qəlbində dövr edən vətən yarasına məlhəm oldu. Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirdik, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunun şad olmasına görə ürəyimiz dinclik tapdı. 
Müstəqilliyimizin bərpasının 32-ci ildönümü ərəfəsində Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi müstəqillik aktımızın qızıl möhürü olmaqla  min illər sonra belə fəxrlə anılacaq böyük qələbədir.

Müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan və onu inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik! 20 illik qısa zaman kəsiyində  böyük uğurlara imza atan, Azərbaycan xalqını başıuca, qürurlu edən Müzəffər Ali Baş Komandana dərin  minnətdarlığımızı bildiririk!

Sonra akademik qeyd etdi ki, illik hesabatlar əvvəlcə laboratoriyalarda dinlənilməli, sonra isə elmi katibliyə təqdim olunmalıdır. Cari ilin noyabr ayının 1-dən başlayaraq şöbə və laboratoriya müdirləri Elmi Şurada hesabat verməlidirlər. Daha sonra laboratoriya və şöbələr üzrə 2023-cü ildə əldə olunmuş  muhüm nəticələr müzakirə edilərək təsdiq olundu.

Daha sonra akademik qeyd etdi ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab prezidentin sərəncamı vardır.  Bununla əlaqədar İnstitutda bir sıra tədbirlər , o cümlədən 2 konfrans keçirilmiş, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publistik məqalələri çap olunmuşdur. Bu tədbirlərin davamı kimi  gənc alim və mütəxəssislər  arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqə artıq yekunlaşıb, nəticələr Zəfər Günü ərəfəsində elan olunacaq. 

 Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. 

JURNALLAR
Faydalı linklər