Xəbərlər
Antarktida üzərindəki ozon dəliyi 20 milyon km2-ə qədər artıb
Okt 17, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 983 dəfə

Alimlər Antarktika üzərindəki ozon dəliyinin adi vaxtdan əvvəl formalaşmağa başlayan və artıq  çoxillik  orta  həddinin artmasından ciddi narahatdırlar. Bütün bunlar planeti zərərli ultrabənövşəyi radiasiyadan qoruyan ozonun məhv ola biləcəyini göstərir.  Bunu Science XXI portalı yazır.

Ozon dəliyi çoxdan, sənaye yəni tullantıları qoruyucu təbəqəni parçalamağa başladığı zamandan  meydana gəldi. Monreal protokolu zərərli birləşmələrin konsentrasiyasını azaltmağa , ultrabənövşəyi radiasiyadan qorunmaq, həm də iqlim şəraitini tənzimləmək üçün vacib olan ozon qatını bərpa etməyə kömək etdi.

Payızın əvvəlində Antarktida üzərində ozon təbəqəsi hər il məhv olaraq, hətta  bəzən 90%- ə çatır. İndi məhv olmuş , sahəsi 20 milyon kvadratmetrdən çoxdur.Bəzi tədqiqatçılar bunu Sakit okeanda Hunga Tonga-Hunga Haapai vulkanının püskürməsi ilə əlaqələndirirlər. Beləliklə, ozon qatının problemi aktual olaraq qalır, çünki ozon   dəliyinin genişlənməsi ciddi nəticələrə səbəb olur. Bundan əvvəl, Ekopravda ozon təbəqəsinin yer üçün vacib rol  oynadığı haqda məlumat vermişdir.

https://www.ecopravda.ru/mir/ozonovaya-dyra-nad-antarktidoj-uvelichilas-do-razmera-v-20-mln-km/

JURNALLAR
Faydalı linklər