Xəbərlər
Katalizatorların tarixi
Okt 16, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 522 dəfə

Katalizator termini yunanca "dağılma" sözündən yaranıb və ilk dəfə 1836-cı ildə isveçli kimyaçı Berzelius tərəfindən istifadə edilmişdir, çünki o zaman  məsələn, nişastanın qlükozaya turşulu parçalanması (nişasta sulfat turşusu ilə işlənir və nəticədə qlükoza əmələ gəlir) , həmçinin hidrogen peroksidin platinin iştirakı ilə suya və oksigenə parçalanması kimi katalitik proseslər məlum idi.

Katalizatorlar bəşəriyyət tərəfindən çox uzun müddət istifadə edilmişdir, lakin o dövrdə baş verən proseslərin mahiyyəti  hələ dərk edilməmişdir.(Məsələ,  qədim zamanlarda katalitik reaksiyalar vasitəsilə şərab və sirkə alınırdı, orta əsrlərdə kimyagərlər kükürd və selitradan kükürd turşusu əldə edirdilər , 13-cü əsrdə sulfat turşusu və etil spirtindən etil efiri əldə edilmişdir,1740-cı ildə kükürd dioksidi az miqdarda azot dioksidinin iştirakı ilə oksidləşdirilmişdir.)

Qeyd etmək lazımdır ki, demək olar ki, bütün katalizatorlar təsadüfən kəşf edilmiş və bu işdə alim və tədqiqatçıların intuisiyası böyük rol oynamışdır.

Məsələn, 100 ildən  əvvəl rus kimyaçısı İlinski alizarin və indiqo piqmentlərinin alınması zaman reaksiyasında benzolsulfoturşusunun prosesdə aralıq maddə kimi olması üzərində işləmişdir. Kimyaçı uzun müddət sulfat turşusunun iştirakı ilə antraxinonu 100°C-yə qədər qızdırmaqla əldə etməyə çalışdığı zaman  bir qəza bu işə kömək etmişdr. Beləki,  təcrübələrin birində təsadüfən civə termometri sınmış, civə  reaksiya qabına tökülmüş və nəticədə lazım olan benzolsulfoturşusu alınmışdır.

Eyni zamanda məlum olmuşdur ki, civə özü sərf olunmur və reaksiyanın uğurla davam etməsi üçün sadəcə bir damla civə kifayətdir (lakin onun miqdarı reaksiya sürətinə təsir edir - konsentrasiyası vacibdir), yəni  o reaksiyada katalizator kimi çıxış edir.

Ammonyakın  sintezi üçün effektiv katalizator tapmaq məqsədilə  alman alimi Qaber və onun həmkarları 20.000 maddəni çeşidlədilər, 1910-cu ildən 1912-ci ilə qədər təxminən 6500-ə yaxın təcrübə aparıldı,bu zaman  onlar 2500 katalizatoru təhlil etdilər və yalnız bundan sonra tələb olunan yüksək səmərəli sənaye katalizatoru  əldə edildi.

https://www.nanonewsnet.ru/news/2023/katalizatory

 

JURNALLAR
Faydalı linklər