Xəbərlər
Alimlər istixana qazları üçün etibarlı nanotələ yaradıblar .
Okt 13, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 474 dəfə

ABŞ və Cənubi Koreyadan olan kimyaçılar, məsələn, soyuducu sistemlərdə ozonu məhv edən birləşmələri əvəz etmək üçün istifadə edilən böyük miqdarda flüorlu qazları saxlaya bilən nanomaterial hazırlayıblar. Bunlar xüsusi saxlama şəraiti tələb edən güclü istixana qazlarıdır.

Flüor dərmanların və aqrokimyəvi maddələrin sintezində getdikcə daha çox istifadə olunur, çünki o, üzvi molekulların bioəlverişliyini və metabolik sabitliyini artırır. Flüor tərkibli qazlar, nəzəri olaraq, flüor atomlarını belə maddələrə birləşdirmək üçün  uyğundur, lakin praktikada nadir hallarda istifadə olunur, çünki onların saxlanması və istifadəsi xüsusi avadanlıq tələb edir. Nanohissəciklər Kornell Universitetinin dosenti Filip Milnerin rəhbərlik etdiyi elmi qrup tərəfindən onları sabit bərk hissəciklər kimi saxlamağa imkan verən bir yanaşma hazırlanıb. Nanokompozit material xüsusi məsaməli strukturlardan ibarətdir: metal-üzvi çərçivələr (MÜÇ). Bu polimerlər arı pətəyinə  bənzər quruluşlarına görə xüsusilə sabitdirlər. MÜÇ əsasında katalizatorlar və filtrlər sənayedə havanı karbon qazından və ya hidrogendən təmizləmək, həmçinin bu qazları saxlamaq üçün istifadə olunur.

Milner və onun həmkarları aydınlaşdırdılar  ki, maqnezium birləşmələri və tərkibində halqa şəklində karbon molekulları (benzollar) olan birləşmələrə əsaslanan MÜÇ –lər geniş yayılmış soyuducu agentləri - triflorpropilen və müxtəlif flüorlaşmış freonları udmaq qabiliyyətinə malikdir. Nanostrukturlar həmçinin qazların idarə olunan buraxılışını  təmin edir. Müşahidələr göstərdi ki, MÜÇ nanohissəcikləri mumla örtüldükdə iki aydan çox sabit qala bilir.

Təcrübələrin göstərdiyi kimi, həmin bu  nanohissəciklər flüorlu kimyəvi maddələrin sintezində istifadə edilə bilər və belə kimyəvi reaksiyaların səmərəliliyi flüorlu qazların birbaşa istifadəsi ilə müqayisədə daha yüksək ola bilər.

Tədqiqatçılar ümid edirlər ki, yaradılmış nanostrukturların bu üstünlüyü onların əczaçılıq və kimya sənayesində tətbiqini sürətləndirəcək.

Tədqiqatçılar “Science” jurnalında yazıblar ki, bu yeni material sızma riskini azaltmaq üçün sadə və təhlükəsiz üsulu təmin edə bilər.

https://www.nanonewsnet.ru/news/2023/uchenye-sozdali-nadezhnuyu-nanolovushku-dlya-parnikovykh-gazov

JURNALLAR
Faydalı linklər