Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Sevil Tağı qızı Cəfərovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Okt 11, 2023 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2686 dəfə

11.10.2023-cü il tarixində, saat 1100-da AR ETN-nin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyası”nın sabiq dissertantıSevil Tağı qızı Cəfərovanın 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsi almaq üçün «Metantərkibli qazlardan hidrogenin alınması prosesinin əsas mərhələləri üçün qeyri-üzvi nanokompozit materialların işlənib hazırlanması» mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin elmi məsləhətçisi: AMEA-nın müxbir üzvü, prof. M.M.Əhmədov. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra iddiaçıya verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

Sədrlik edirdi: AMEA akad. M.Nağıyev adına KQÜKİ-nun “Mineral xammalın kompleks emalı” şöbəsinin müdiri, k.ü.e.d., prof. A.N.Məmmədov

Elmi katib: k.ü.f.d., dosent Sevda Əfəndiyeva

Rəyçilər: ADNSU-nun k.ü.e.d., prof. H.Qurbanov, KQÜKİ-nin “Qeyri-üzvi və sintetik sorbentlər” laboratoriyasının müdiri, k.ü.e.d.  F.T. Mahmudov

JURNALLAR
Faydalı linklər