Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Sənaye Tətbiqləri üçün Üstün Xassəli Materialların Dizaynı, Sintezi və İnkişaf Etdirilməsi” adlı Elmi seminar keçirilmişdir.
Okt 11, 2023 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 2432 dəfə

Oktyabrın 11-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Texniki Universitetinin “Yeni Materiallar və Nanotexnologiya” Tədqiqatlar Mərkəzinin rəhbəri professor Dr. Həmdulla Mehrabovun təqdimatında “Sənaye Tətbiqləri üçün Üstün Xassəli Materialların Dizaynı, Sintezi və İnkişaf Etdirilməsi” adlı Elmi seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq, professor Dr. Həmdulla Mehrabovu salamladı və institutumuzda görməyindən məmnunluğunu bildirdi. M. Babanlı qeyd etdi ki, müxtəlif tətbiq sahələrinə malik funksional materialların sintez yollarının axtarib tapilması və ya mövcud olanların daha da təkmilləşdirilməsi dunyanın aktual problemlərindən biridir. Bu baxımdan, prof. H. Mehrabovun təqdim edəcəyi mövzunun əhəmiyyəti çox böyükdür.

Sonra professor Həmdulla Mehrabovun «Sənaye Tətbiqləri üçün Üstün Xassəli Materialların Dizaynı, Sintezi və İnkişaf Etdirilməsi» adlı məruzəsi dinlənildi. Təqdimatda, Orta Doğu Texniki Universitetinin “Metallurgiya və Material Mühəndisliyi” kafedrasının “Yeni Ərintilərin Dizaynı və İnkişafı Laboratoriyası” nda (NOVALAB) və Azərbaycan Texniki Universitetin (AzTU) “Yeni Materiallar və Nanotexnologiyalar” Elmi-Tədqiqatlar Mərkəzində texnoloji tətbiqlər üçün yeni üstün xassəli materialların dizaynı, sintezi və inkişaf etdirilməsi haqqında geniş məlumat verildi. Eyni zamanda, professorun rəhbərliyi altında 50 ildən artıq məşğul olduqları və onlar tərəfindən işlənib hazırlanmış “Modelləşdirmə və Simulyasiya” ya əsaslanan “ərinti dizaynı” üçün “Hesablamalı Materialşünaslığın” əsas prinsipləri və aspektləri təqdim olunmuşdur. Dinləyicilərə, Yeni materialların dizayn edilməsi üçün bu yeni yanaşmanın tətbiqi haqqında da məlumat verildi: Yüksək Temperatur İntermetal Birləşmələr, İri və Həcmli Amorf/Nanokristal Materiallar, Maqnit və Maqnitokalorik Materiallar, Hidrogen Saxlama Materialları, Nano Ərintilər və s.

Məruzədən sonra qonağa dinlənilən məruzə ətrafında müxtəlif suallar verildi. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı məruzə haqqında çıxış edərək auditoriya ilə fikirlərini bölüşdü və qonağa belə maraqlı məruzə üçün iştirakçılar adından minnətdarlıqlarını bildirdi.

 

JURNALLAR
Faydalı linklər