Xəbərlər
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu sabah başa çatır
Okt 09, 2023 | 12:50 / Təhsil
Oxunub 2205 dəfə

10 oktyabr saat 23:59-da “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu yekunlaşacaq.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumat görə, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

JURNALLAR
Faydalı linklər